Zeynalov İlqar Natiq
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Zeynalov İlqar Natiq

Ata adı: Natiq

🐣
Doğum — Cəlilabad Zopun kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Cəlilabad Zopun kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 3 oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Zeynalov oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Həyat yoldaşının dediklərindən İlqar anaya qarşı diqqətli olmuşdur. Çox vaxtını hərbidə öz əsgərləri ilə birgə keçirmiş, torpaqlara bağlı biri olmuşdur.
Arzusu hərbi rütbə alıb oz vətəninə layiqincə xidmət etmək olub və arzusuna da çatmışdır. Vətənə igidliklə xidmə edərək şəhidlik zirvəsinə ucalmışdır .

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayon Zopun kənd tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Zeynalov Natiq Təvəkkül oğlu Ana: Zeynalova Nəzakət Təzəxan qızı Qardaş: Zeynalov Saleh Natiq oğlu Qardaş: Zeynalov Təvəkkül Natiq oğlu Qardaş: Zeynalov Elçin Natiq oğlu Həyat yoldaşı: Kəlibiyeva Yeganə Faiq qızı Oğlu: Zeynalov Rəfail İlqar oğlu Oğlu: Zeynalov Əhməd İlqar oğlu Oğlu: Zeynalov İlqar İlqar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər