Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Bəxtiyar
Məhəmməd Zeynalov 1997-ci il fevralın 23-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Bankə qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Zeynalov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Zeynalov Məhəmməd xasiyyətcə sakit, ağır təbiətli biri idi. Yaxşı övlad, yaxşı dost, yaxşı qardaş idi. Vətənini hər kəsdən çox sevirdi. O qədər mehriban və səmimi idi ki, heç kəsin qəlbinə toxunmazdı. İşlədiyi yerdə iş yoldaşları onu çox sevirdi.
Ana: Zeynalova Sürayyə Davud qızı Ata: Zeynalov Bəxtiyar Qulamhüseyin oğlu Bacı: Cəfərova Sevinc Bəxtiyar qızı Bacı: Xeyrullayeva Günel Bəxtiyar qızı Bacı: Zeynalova Zərbuta Bəxtiyar qızı