Zeynalov Qubad İslam
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Zeynalov Qubad İslam

Ata adı: İslam

🐣
Doğum — Hacıqabul Hacıqabul rayonu
🕊️
Şəhadət — Ağdam Ağdam
📍
Dəfn Olunduğu Yer Hacıqabul Hacıqabul rayon şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qubad Zeynalov 15 fevral 2001-ci ildə Hacıqabul rayonunda dünyaya göz açmışdır. Orta məktəbi 2019-cu ildə bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Qubad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlər gedişatında yaralansa da, sonra yenidən cəbhəyə qayıtmışdı.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Vətən müharibəsi bitdikdən sonra Qarabağda, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirən əsgər Qubad Zeynalov 4 fevral 2021-ci ildə Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində həlak olmuşdur.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qubad Zeynalov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, igid, ata və anaya qayğıkeş. Bir dəfə yaralanıb müalicə olunub sonra yenidən döyüşlərə qatılıb və şəhidlik zirvəsinə ucalıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hacıqabul rayon 5 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zeynalov İslam Qubad oğlu (26.09.1963) Ana: Zeynalova Nurxanım Nəsib qızı (03.02.1969)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər