Zeynalov Ramin Yasən
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Zeynalov Ramin Yasən

Ata adı: Yasən

🐣
Doğum — Ağdam Qiyaslı kəndi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer Ağdam Quzanlı qəsəbəsi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Murovdağ

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zeynalov Ramin Yasən oğlu 2000-ci ilin martın 1-də Ağdam rayonu, Qiyaslı kəndində məcburi köçkün ailəsində anadan olub. Ailə Ağdam rayonunun Baharlı qəsəbəsində məcburi köçkün ailələri üçün tikilən 2 otaqlı evlə təmin olunub. Orta məktəbi bitirdikdən sonra, Ağdam Dövlət Sosial İqtisad kollecinə daxil olub. Kolleci bitirən Ramin 2020- ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. Vətən müharibəsi başlayanda bütün vətənpərvər oğullar kimi 3 ayın əsgəri olan Ramin də döyüşlərə qatılıb.

Murovdağ istiqamətində döyüşən Ramin yaralanıb hospitala gətirilib. Yaralı olmasına baxmayaraq, yenidən döyüş bölgəsinə əsgər yoldaşlarının yanına qayıdıb. Oktyabrın 19-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhramanlıqla şəhid olub. Oktyabrın 20-də Ağdam rayonunda şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə", " Vətən uğrunda", " Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramin Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, qoçaq, ailəcanlı, vətənini sevən insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu Baharlı qəsəbəsi tam orta məktəbi
Ali Təhsil Ağdam Dövlət Sosial İqtisad kolleci
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zeynalov Yasən Toviq oğlu Ana: Zeynalova Kifayət İmamqulu qızı Qardaş: Zeynalov Yavər Yasən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər