Zeynalov Turqut Fikrət
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Zeynalov Turqut Fikrət

Ata adı: Fikrət

🐣
Doğum — Bərdə
🕊️
Şəhadət — Tərtər Suqovuşan qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Bərdə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Turqut Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2002-2011-ci illərdə Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.
Turqut Zeynalov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turqut Zeynalov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Turqut Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mərd, vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəb
Ali Təhsil Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zeynalov Fikrət Nağı oğlu Ana: Zeynalova Ziveydə Əmirxan qızı Bacı: Zeynalova Gülnarə Fikrət qızı Bacı: Zeynallı Fatimə Fikrət qızı Qardaş: Zeynallı Turab Fikrət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər