Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Ələkbər
Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub.
Subay idi
2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı, 2 metrliyində partlayan mərmi Rəşadın həyatına son qoyub. Doğulub boya-başa çatdığı Cəlilabad torpağında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zeyniyev Rəşad 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Vətənpərvər igid olmuş, torpaqları canından və qanından artıq sevərək qəhrəmancasına şəhid olmuşdur.
Ata: Zeyniyev Ələkbər Poladxan oğlu Ana: Zeyniyeva Təranə Tərlan qızı Qardaş: Zeyniyev Rəsul Ələkbər oğlu Bacı: Zeyniyeva Təhminə Ələkbər qızı