Zülfüqarov Məlik Kamran
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Zülfüqarov Məlik Kamran

Ata adı: Kamran

🐣
Doğum — Kürdəmir Karrar qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Kürdəmir Karrar qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məlik Kamran oğlu Zülfüqarov 27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində anadan olmuşdur.

 2007-ci ildə Karrar qəsəbəsində yerləşən tam orta məktəbdə təhsil almağa başlamış, 2018-ci ildə isə təhsilini bitirmişdir. 
 Məlik Zülfüqarov 3 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmış.

Azərbaycan Ordusunun əsgəri olan Məlik Zülfüqarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məlik Zülfüqarov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məlik Zülfüqarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mən Məlikə lap uşaqlıqdan həm ata, həm də ana olmuşam. Sağlam, tərbiyəli olması üçün əlimdən gələni elədim. Məlik çox ağıllı, dərrakəli, düzgün, halal uşaq idi. Orta məktəbdə yaxşı oxumasa da sakit, səliqəli, tərbiyəli olduğu üçün müəllimləri onu sevirdilər. Arıq da olsa güclü, qüvvətli idi Məlik. Fiziki işdən qorxmaz, çəkinməzdi. Uca boy idi. 190 santimetr boyu vardı. Rayonda Fövqaladə hallar idarəsində işləmək arzusunda idi. Deyirdim ki, əsgərliyi nizam-intizamla başa vur, tərifnamə ilə gəl, imtahan verib, işə qəbul olarsan. Məlikin sevimli məşğuliyyəti göyərçin saxlamaq idi. Çox sevirdi quşları. Yemləyir, yuva düzəldir, uçurdub arxasınca baxırdı. Hərbi xidmətə gedəndə də göyərçinlərimə yaxşı bax deyə tapşırmışdı mənə. Əvvəllər sevmədiyim quşlara indi onun əmanəti kimi baxıram. Məlik babasının adını daşıyırdı. Babası 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçısı olub. Bizim məhləmiz onun adı ilə tanınır, Məlikli məhəlləsi, Məlikli küçəsi. Məlik həmişə uşaqlarla zarafatlaşanda fəxrlə deyərdi: Heç sizin adınıza küçə var? Mənim adıma var. İndi bizim küçəni Şəhid Məliyin adıyla nişan verirlər...(Qeyd: Şəhidin anası Ədilova Yeganə Şəhid ailəsi üçün nəzərdə tutulan 10000 manatı Silahlı Qüvvələrin Yardım Fonduna bağışlayıb. O, birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, Şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün Prezidentə təşəkkür edib.)
Döyüş yoldaşı Tərlan Əzizov: Mən Məliklə N saylı hərbi hissədə təlimdə olarkən tanış olmuşam. Onunla mən eyni bölük və eyni taqımda olmuşuq. Sentyabrın 27-də müharibə başlayan zaman biz döyüşə yollandıq. Füzuli-Xocavənd istiqamətlərində gedən bütün döyüşlərdə son ana qədər biz bir yerdə döyüşmüşük. Sonuncu dəfə Füzulinin Ələsgərli kəndi yaxınlığındakı döyüşlərdə əsgər yoldaşlarını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı. Zülfüqarov Məliyin ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu, Karrar qəsəbə tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Zülfüqarov Kamran Paşa oğlu Ana: Ədilova Yeganə Qüdrəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər