Məhərrəm

Tasua günü və Aşura axşamının əməlləri

Tasua gününün Aşuranın axşamıdır. Yəni Aşura axşamının) əməllərini təqdim edir:

1. Namazlar
* Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə “Həmd”dən sonra “Ayətül-kürsü”, “İxlas”, “Fələq” və “Nas” surələrinin hər birini 10 dəfə oxumaq.
* Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de .
* 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.]
100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim.
2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq.
3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar.”
4. Dua, ibadət və istiğfar etmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir