1. Namazlar
Gecənin sonunda 4 rükət namaz
Hər rükətdə “Həmd” surəsindən sonra:
- Ayətül-kürsü – 10 dəfə
- “İxlas” surəsi – 10 dəfə
- “Fələq” surəsi – 10 dəfə
- “Nas” surəsi – 10 dəfə
Əmirəlmöminin İmam Əlinin (ə) namazı
4 rükət (iki dəfə sübh namazı kimi qılınır).
Hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi 50 dəfə oxunur.
Namazdan sonra Peyğəmbərə (s) və Əhli-beytə (ə) çoxlu salavat göndərin, onların düşmənlərinə isə lənət edin.
Aşura gecəsinin 100 rükət namazı
100 rükət (50 dəfə sübh namazı kimi).
Hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi 3 dəfə oxunur.
Niyyət:
«Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.»
Namaz tamamlandıqdan sonra 70 dəfə deyin:
«Subhanəllah, vəl-həmdu lillah, və la ilahə illəllahu vəllahu əkbər, və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim.»
2. İmam Hüseynin (ə) qəbrinin kənarında əhya saxlamaq
İmkan daxilində bu mübarək gecəni İmam Hüseynin (ə) hərəminin yaxınlığında ibadət və zikrlə keçirmək müstəhəbdir.
3. Gecəni sübhədək əhya saxlamaq
Bu gecəni ibadət, dua, zikr və Quran tilavəti ilə səhərə qədər oyaq keçirmək tövsiyə olunmuşdur.
Hədisdə buyurulur:
«Hər kim bu gecəni əhya saxlasa, Allah-Təalaya bütün mələklərin ibadəti qədər ibadət etmiş olar.»
4. Dua, ibadət və istiğfar
Bu gecədə çoxlu dua etmək, Allahdan bağışlanma diləmək (istiğfar etmək), zikr və ibadətlə məşğul olmaq tövsiyə edilir.

