14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Xanım Fatiməyi Zəhranın(sə) cənnət libası

Bir gün yəhudilər toy keçirmək qərarına gəlirlər. Onlar Peyğəmbərin(s) yanına gəlib dedilər: Biz sizin qonşularınızıq və qızınız Fatiməni toya dəvət edirik. Yəhudilər çox təkid edirdilər və onlara imtina etməməyi istəyirdilər. Allah Rəsulu(s) buyurdu:
O(sə) – Əli ibn Əbu Talibin həyat yoldaşıdır( Əlidən icazə alın). Bu zaman yəhudilər Peyğəmbərdən istədilər ki, O onlarla Əli arasında vasitəçi olsun və Əlidən razılıq alsın. Yəhudilər bu toy üçün hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. Onlar düşünürdülər ki, Peyğəmbər qızı Fatimə şənliyə öz sadə libası ilə gəlib, ən gözəl libaslarını və zinətlərini geyinən yəhudi qadınlarından seçiləcək. Bu zaman Cəbrail(ə) Fatiməyə(sə) gözəllikdə heçnə ilə müqayisə olunmayan cənnət libası gətirdi. Fatimə(sə) rəngi və gözəlliyi vəsfə gəlməz dərəcədə olan libası geyindi. Qadınların məclisinə daxil olarkən yəhudi qadınları gördükləri əzəmət və gözəllikdən Fatimənin(sə) qarşısında diz çökərək, secdə edirdilər və Fatimənin(sə) gedəcəyi yerdən öpürdülər. O zaman çoxlu sayda yəhudi islamı qəbul edib müsəlman oldular.

(Biharul-ənvar, cild 43, səh 30.)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir