Bismilləhir-Rahmənir-Rəhim

Müqəddəs islam dininin bərəkətli məktəbi daim özünün nümunəvi insanları ilə tanınmışdır. Bütün bəşəriyyətə örnək olan bu insanlardan ən üstünləri ilahi təlimlərdən qidalanaraq elə bir məktəb təsis ediblər ki, həm özləri yaşadıqları zamanda, həm də onların mübarək həyatından sonra bu məktəbin prinsipləri daim bəşəriyyəti səadətə doğru aparmaqda əsas mehvər rolunu oynamışdır. Müsəlman aləmində məşhurlaşmış bu dahi şəxsiyyətlərdən biri də öz zəmanəsində heç bir dəyərə malik olmayan qadınlıq məfhumunun mənfi sindromlarını sözləri və əməlləri ilə sındıran, əsl qadının necə olacağını bəşəriyyətə əyani surətdə çatdıran, qısa lakin olduqca səmərəli və bərəkətli ömür yolu keçən Həzrəti Fatiməyi-Zəhradır. Bizim bu xanım barədə olan tanıtma cəhdimiz dəryadan bir damla misalındadır. Məqaləmizdə bu xanım barədə olan bəzi məsələlərə yalnız və yalnız əhli sünnə mənbələrindən istifadə edərək qısa şəkildə işarə etməyə çalışacağıq.

İlk öncə Xanım Zəhranın (s.ə) əhli sünnə kitablarına əsasən kim olduğuna nəzər salaq. Xanım Fatimə nütfəsi cənnət meyvələri ilə bağlanan və elə o səbəbdən də daim Allah Rəsulunun cənnətin iyini arzuladığı zaman qoxuladığı yeganə gülü və şərafətli qızı idi. Əhli sünnənin məşhur alimlərindən olan Suyuti özünün “Əd durrul mənsur” adlı əsərində Təbəranidən nəql edərək Aişənin dilindən bu haqda belə yazır: Rəsulullah (s.a.a) belə buyurdu: “Meraca qaldırıldığım zaman məni cənnətə daxil etdilər və mən cənnət ağaclarından olan bir ağacın yanında dayandım. O elə bir ağac idi ki, cənnətdə onun kimi gözəl, yarpaqları ağ və meyvəsi ləziz olan bir ağac görməmişdim. Onun meyvəsindən dərib yedim və bu mənim sülbümdə nütfəyə çevrildi. Yer üzünə qayıtdığımda Xədicə ilə bir araya gəldim və o da Fatiməyə hamilə qaldı. O zamandan bəri nə zaman cənnətin ətrini duymaq istəsəydim Fatiməni qoxulayardım” (Əd Durrul-Məndur isra su 1ci ayə;

Müstədrək-us Səhiheyn, c.3, s.156;

Usdül Ğâbə, c.5,s.520).

 

Xanım Zəhra bir çox cəhətdən Hz Rəsulullaha (s) bənzəyirdi.Tirmizi öz sünən adlı məşhur əsərində Aişədən belə nəql edir ki: ” Mən Rəsulullahın (s) qızı Fatimə qədər oturub durmasında, davranışında, ciddiyyət və təmkinli olmağında Rəsulullaha bənzəyən birini görmədim”. Həmçinin hədisdə bunlar da qeyd olunmuşdur ki, o xanım daim Allah Rəsulunun yanına gəldikdə Peyğəmbər(s) yerindən qalxıb onu qarşılayıb öpər öz yerində əyləşdirərdi.

(Sunəni Tirmizî, Fəzailus səhabə kitabı, Fəzailu Fatimə babı c.2, s.319, hədis no: 3807; Sunənu Əbi Dâvud, s.223 hadis no: 4540; Mustədrək-us Səhiheyn, c.4, s.172; Fəth-ul Bâri, c.9, s.200; Musnədi-Əhməd, c.6, s.282 hədis no: 22343, 24839, 25209.)

 

Həzrəti Peyğəmbər(s) Xanım Zəhraya qarşı xüsusi mehribançılıqla davranırdı. Allah Rəsulunun ona qarşı olan rəftarı nəinki səhabələrə hətta Peyğəmbərin(s) başqa övladlarına olan münasibətindən də açıq aşkar fərqlənirdi. Xanım Zəhra Allah Rəsulunun səfərdən qayıdarkən ziyarət etdiyi ilk şəxs idi. Həmçinin Hz Peyğəmbər(s) səfərə gedərkən görüşüb vidalaşdığı sonuncu şəxs də Hz.Fatiməyi Zəhra idi.

Zəhəbi “Təlxis” adlanan kitabında, Əbu Davud öz sünənində, Əhməd ibn Hənbəl özünün musnədində, Hakim Nişaburi “Mustədrəkul Səhiheyndə” və digər əhli sünnə alimləri öz əsərlərində bu mətləbə dəfələrlə işarə ediblər. Bütün bunlar Hz Peyğəmbərin Xanım Fatiməyi Zəhraya olan sonsuz diqqət və qayğısından xəbər verirdi. Bir sözlə desək Allah Rəsulu Xanım Zəhra ilə necə davranmağın yollarını bu ümmətə əyani surətdə başa salırdı.

(Sunənu Əbu Dâvud, hədis no: 3680, əl-İntifa-u bi’l-Ac bölümü; Musnədi- Əhməd c.5, s.275 hadis no: 21329; Sunəni- Beyhəqi, c.1, s.26;

Mustədrək-us Səhiheyn, c.1, s.489.)

 

 

 

Hz Zəhra barəsində tərif demək istəsək sözsüz ki, ən üstün tərif misalında Allahu təalanın Ona verdiyi dəyəri qeyd etmək lazımdır. Beləki Əhzab surəsinin 33 ayəsində buyurulan “…..Ey Əhli beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tər-təmiz (pak) etmək istər!”ayəsindəki kəlmələrə əsasən o Xanımın məsumluğu sözümüzü əsaslandırmaqdadır. Bir çox əhli sünnə mufəssirlərinin rəyinə görə bu ayənin Xanım Zəhra, Hz Əli, İmam Həsən və İmam Huseyn barəsində nazil olduğu hər kəs üçün aşkar olan bir məsələdir. İbn Teymiyyənin ən üstün hesab etdiyi əhli sünnə təfsirçilərindən biri olan Təbəri də bu ayənin adını qeyd etdiyimiz şəxslər barədə nazil olduğunu yazmışdır. Təbəri öz sözünə məşhur əhli sünnə alimi Müslimin səhihində yer alan hədisi və həmçinin digər səhih rəvayətləri nəql etməklə dəlil gətirmişdir.
(Səhih Müslim kitabı, digər çapnan səh 1883, “Peyğəmbər (s.ə.(ə.)v) Əhli beytinin fəzilətləri” babı).
Bir hədisdə Aişə nəql edir:
“Peyğəmbər (s) sübh çağı qara yundan hazırlanmış əbasını üstünə atıb evdən çıxdı. Həsən ibn Əli gəldi. Peyğəmbər (s) onu əbasının altına saldı. Sonra Hüseyn gəldi və qardaşının yanına daxil oldu. Sonra Fatimə gəldi, o da daxil oldu. Sonra Əli gəldi və o da əbanın altına daxil oldu. Sonra Peyğəmbər (s) bu ayəni oxudu.”
“…..Ey Əhli beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tər-təmiz (pak) etmək istər!”

(Səhihi- Muslim, Fəzail-us Səhabə kitabı, c.4, 1883/2424)

Tirmizi də öz sünənində bu ayənin barəsində aşağıdaki məzmunda hədisi nəql etmişdir.

4245 – حَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ حَدَّثَنَا أَبُو أَحْمَدَ الزُّبَيْرِىُّ حَدَّثَنَا سُفْيَانُ عَنْ زُبَيْدٍ عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ عَنْ أُمِّ سَلَمَةَ أَنَّ النَّبِىَّ -صلى الله عليه وسلم- جَلَّلَ عَلَى الْحَسَنِ وَالْحُسَيْنِ وَعَلِىٍّ وَفَاطِمَةَ كِسَاءً ثُمَّ قَالَ « اللَّهُمَّ هَؤُلاَءِ أَهْلُ بَيْتِى وَخَاصَّتِى أَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا ». فَقَالَتْ أُمُّ سَلَمَةَ وَأَنَا مَعَهُمْ يَا رَسُولَ اللَّهِ قَالَ « إِنَّكِ إِلَى خَيْرٍ ». قَالَ هَذَا حَدِيثٌ حَسَنٌ صَحِيحٌ وَهُوَ أَحْسَنُ شَىْءٍ رُوِىَ فِى هَذَا الْبَابِ

قال الشيخ الألباني : صحيح

Ümmü Sələmə (radıyallahu anha) rəvayət edir: “Mən Rasulullahin (s.a.s) evinin qapısında ikən bu ayə nazil oldu: “…Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (Əhzab 33). Evdə Rasulullah (s.a.s), Əli, Fatime, Hesen ve Hüseyn var idi. Onlara bir örtük bürüdü və:

“Allahım, bunlar mənim əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə”- deyə dua etdi.

Mən atılıb:

“Ya Rasulullah, mən əhli-beytden deyiləmmi ?- deyə soruşdum”.

Mənə: “Sən (yerinde dur, sən onsuz da) xeyirdəsən, sən Rasulullahın yoldaçəsan!” deye cavab verdi.( Tirmizî, Menaqıb, (3870).)

Məşhur əhli-sünnə alimi Zəhəbi deyir ki:

” Fatimə, əri və oğulları haqqında bu ayə nazil olmuşdur: “ey Əhli beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər!”. Ayə nazil olduğu zaman Rəsulullah (s.a.a ) onları Kisa altına aldı və dedi: “Allahım! bunlar mənim əhli Beytimdir.”

(“Tarix əl-İslam”, 3/44).

Bu hədislərdə diqqət olunası nöqtə Allah Rəsulunun “Bunlar mənim Əhli beytimdir” deyə buyurmasıdır. Beləki Hz Peyğəmbər (s) bu sözü ilə Əhli beytin kimlərdən ibarət olduğunu insanlara çatdırmışdır.

(Sünen-i Tirmizi, “Tefsir” kitabı, c.5, s. 351,3205; Mesabih-us Sunen (Beğavi), c.4. s.183 4796; Cami-ul Usul, c.9,155/6702, 6703 ve 6705; Müsned-i Ahmed, c.4 s.107; Müstedrek-ul Hakim, c.2 s.416, c.3, s.147-148.)

Xanım Zəhra ümmətə sevilməyi və ehtiram edilməyi Allah tərəfindən vacib edilən şəxsdir.Allahu təala Şura surəsi 23 cü ayədəki yaxınlara məhəbbət və məvəddət etməyi müsəlmanlardan istəməsi dediyimiz mətləbin etimad olunacaq mənbəsidir. Göründüyü kimi Əhli-beytin (ə) kimlərdən ibarət olduğu və onları sevmənin nə dərəcədə vacib buyurulduğu və ümmət içərisində hansı məqam və hörmətə sahib olduqları aydın surətdə bəyan olunmuşdur. Öncə dediyimiz ayələrdə Qurani-kərim Əhli-beytin (ə) Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu və onların pakizəliyini və ruhi-mənəvi üstünlüyünü isbat edirdi. Həmçinin məhz Allah təalanın əmri ilə bu şəxsləri sevərək Hz Peyğəmbərə(s) təşəkkür etməyi insanlara vacib etdiyinin də şahidi olduq. Hətta Allah Rəsulu düşmənlərlə mübahilə etdiyi zamanda belə Əhli beyti xüsusiləşdirmiş və ümmətin gözü önündə məhz bu insanlarla islam düşmənləri ilə mübahiləyə getmişdir. Bu isə onların böyük və şərafətli məqamlarınından xəbər verirdi. Əgər Əhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik olmasaydı, heç vaxt Peyğəmbərə (s) onları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil olmasını istəmək üçün səhraya aparmağa əmr etməzdi. Həmçinin, onlara dualarının qəbul olacağını vəd etməzdi. Səhihi Müslimdə yer alan bir hədisi nəql etməklə bu mətləbin üzərindən keçirik:

 

“….və “de: Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” (Al-i İmran 61) ayəsi nazil olanda Rəsulullah s.a.a Əli, Fatimə, Həsən və Hüseyni çağıraraq: “Allahım! Mənim əhli beytim bunlardır” dedi.”

(Müslüm, “əs-Səhih”, 4/1871, Səhabənin fəziləti kitabı, hədis 2404) Bu ayədə övladlar və qadınlardan söz getsə də əziz Peyğəmbərimiz (s) yalnız dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa salmışdır ki, ümmətin qadınlarının ən seçilmiş nümunəsi həzrət Fatimə (ə) və müsəlman övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Qurani-kərim onları Peyğəmbərə (s) mənsub etmişdir. Yəni onları Peyğəmbərin (s) oğulları kimi təqdim etmişdir və Quranın aşkar təbiri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. Özümüz kəlməsində isə Quran, həzrət Əlini (ə) Peyğəmbərin (s) özü kimi göstərmişdir.

Ümumiyyətlə Xanım Zəhra haqqında olan mədhlərdən yazmaq istəsək çoxlu sayda kitablar ərsəyə gələcəkdir. Bütün bu xüsusiyyələri sadalamaqdakı məqsədimiz Allah Rəsulunun sonsuz məhəbbətlə ehtiram etdiyi, barəsində saysız hesabsız ayə və hədislərin olduğu bir şəxsin Peyğəmbərin (s) vəfatından sonra incidilməsi, ona əziyyət verilməsi və haqqı tapdalanması- bir sözlə Buxarinin də öz kitabında gətirdiyi “Cənnət xanımlarının ən üstünü”olan bir şəxsə tamamilə əks münasibət göstərilməsi hansı formada qəbul edilə bilər?! Əfsuslar olsun ki, hələ də bir sıra təəssübkeş insanlar bu Xanımın incidilməsini qəbul edə bilmirlər. Amma bizim sözümüz məzhəbindən asılı olmayaraq haqq sözü eşidib onu qəbul etməkdə heç bir tərəddüd etməyən insanlar üçündür. Tarixin ən acı səhifələrindən biri olan Peyğəmbərin (s) yadigarının bəzi müsəlmanlar tərəfindən əziyyət verilməsi hadisəsi bir sıra məlumatsız insanlarda müəyyən çaşqınlıq yaratmışdır. Onların əksəriyyəti bəzi səhabələrin Allah tərəfindən seçilmiş, məsum qərar verilmiş və sevilməyi vacib edilmiş bir şəxsə qarşı bu cür addımlar atdıqlarını qəbul edə bilməyiblər. Onları daim bu sual şübhəyə salmışdır: “Yəni səhabələrdən bir qismi xüsusi ilə də onlara( əhli sünnəyə) görə ən üstünləri belə bir cinayətə əl ata bilərlərmi? Məgər qəzəbi Allahın qəzəbi, razılığı Allahın razılığı olan bir şəxsi ( İbn Həcər Əsqəlani “Əl İsabə”, İbn Əsir “Usdul ğabə” , Hakim Nişaburi “Əl Mustədrək” ) qəzəbləndirməyin haram olduğunu bu səhabələr bilməyiblərmi? Allah Rəsulunun “Onu incidən məni incitmiş olar” hədisini dəfələrlə eşidən bu səhabələr məgər bu günahın nə qədər böyük olmasını başa düşməmişdilər? Əlbəttə bütün bu məsələlər tam obyektiv araşdırılarsa nəticə olaraq təəssüflə qeyd ediləcəkdir ki, tarixi dəlillərə əsasən Peyğəmbərdən(s) sonra bəzi səhabələr bu cinayətlərə əl atmışdılar. Deyilənləri isbat etmək üçün iki əsas mövzu üzərində dayanacıyıq:

Şiə Elmi Araşdırmalar Mərkəzi

www.Shia.az