ZIYARƏTNAMƏLƏR

ZIYARƏTI AŞURA – ƏRƏBCƏ OXUNUŞU VƏ TƏRCÜMƏSİ

ZIYARƏTI AŞURA – ƏRƏBCƏ OXUNUŞU VƏ TƏRCÜMƏSİ

Əs-salamu ələykə ya Əba Əbdillah. Əs-səlamu ələykə yəbnə Rəsulillah. Əs-səlamu ələykə yəbnə Əmiril-mumininə vəbnə Səyyidil-vəsiyyin. Əs-səlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail-aləmin. Əs-səlamu ələykə ya sarəllahi vəbnə sarih, vəl-vitrəl-məvtur. Əs-səlamu ələykə və ələl-ərvahilləti həllət bifinaik, ələykum minni cəmiən səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar. Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu və cəllət və əzumətil-musibətu bikə ələyna və əla cəmii əhlil-islam, və cəllət və əzumət musibətukə fis-səmavati əla cəmii əhlis-səmavat, fələənəllahu ummətən əssəsət əsasəz-zulmi vəl-covri ələykum Əhləl-bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məqamikum və əzalətkum ən məratibikumul-ləti rəttəbəkumul-lahu fiha, və ləənəllahu ummətən qətələtkum və ləənəllahul-muməhhidinə ləhum bittəmkini min qitalikum, bəritu iləllahi və iləykum minhum və min əşyaihim və ətbaihim və ovliyaihim, ya Əba Əbdillah, inni silmun li-mən saləməkum və hərbun li-mən harəbəkum ila yovmil-qiyaməh, və ləənəllahu alə ziyadin və alə mərvan, və ləənəllahu bəni uməyyətə qatibətən və ləənəl-lahubnə mərcanətə və ləənəllahu umərəbnə səd, və ləənəllahu şimrən və ləənəllahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət liqitalik, biəbi əntə və ummi, ləqəd əzumə musabi bik, fəəsəlullahəl-ləzi əkrəmə məqaməkə və əkrəməni ən yərzuqəni tələbə sarikə məə imamin mənsurin min Əhli-bəyti Muhəmmədin səlləllahu ələyhi və alih. Əllahumməcəlni indəkə vəcihən bil-Husəyni ələyhis-səlam, fid-dunya vəl-axirəh, ya Əba Əbdillah, inni ətəqərrəbu iləllahi və ila Rəsulihi və ila Əmiril-mumininə və ila Fatimətə və iləl-Həsəni və iləykə bimuvalatikə və bil-bəraəti mimmən əssəsə əsasə zalikə və bəna ələyhi bunyanəhu və cəra fi zulmihi və covrihi ələykum və əla əşyaikum, bəritu iləllahi və iləykum minhum, və ətəqərrəbu iləllahi summə iləykum bimuvalatikum və muvalati vəliyyukum və bil-bəraəti min ədaikum vən-nasibinə ləkumul-hərb, və bil-bəraəti min əşyaihim və ətbaihim, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. Fəəsəlullahəl-ləzi əkrəməni bi mərifətikum və mərifəti ovliyaikum, və rəzəqənil-bəraətə min ədaikum ən yəcələni məəkum fid-dunya vəl-axirəh, və ən yusəbbitə li indəkum qədəmə sidqin fid-dünya vəl-axirəh, və əsəluhu ən yubəlliğənil-məqaməl-məhmudə ləkum indəllah, və ən yərzuqəni tələbə sarikum məə imamin hudən zahirin natiqin bil-həqqi minkum və əsəlullahə bi həqqikum və biş-şənil-ləzi ləkum indəh, ən yutiyəni bimusabi bikum əfzələ ma yuti musabən bimusibətihi musibətən ma əzəməha və əzəmə rəziyyətəha fil-islami və fi cəmiis-səmavati vəl-ərzi. Əllahumməcəlni fi məqami haza mimmən tənaluhu minkə sələvatun və rəhmətun və məğfirəh. Əllahumməcəl məhyayə məhya Muhəmmədin və Ali-Muhəmməd, və məmati məmatə Muhəmmədin və Ali-Muhəmməd. Əllahummə innə haza yovmun təbərrəkət bihi bənu uməyyətə vəbnu akilətil-əkbadil-ləinubnul-ləini əla lisanikə və lisani Nəbiyyik, səlləllahu ələyhi və alih, fi kulli movtinin və movqifin vəqəfə fihi Nəbiyyukə səlləllahu ələyhi və alih. Əllahummələn əba sufyanə və muaviyətə və yəzidəbnə muaviyətə ələyhim minkəl-lənətu əbədəl-abidinə və haza yovmun fərihət bihi alu ziyadin və alu mərvanə biqətlihimul-Hüsəynə sələvatullahi ələyh. Əllahummə fəzaif ələyhimul-lənə minkə vəl-əzabəl-əlim. Əllahummə inni ətəqərrəbu iləykə fi hazəl-yovmi və fi movqifi haza və əyyami həyati bil-bəraəti minhum vəl-lənəti ələyhim və bil-muvalati li-nəbiyyikə və ali Nəbiyyikə ələyhi və ələyhimus-səlam.

Sonra 100 dəfə deyərsən: Əllahummələn əvvələ zalimin zələmə həqqə Muhəmmədin və Ali-Muhəmməd, və axirə tabiin ləhu əla zalik, Əllahummələnil-isabətəl-ləti cahədətil-Husəyn, və şayəət və bayəət və tabəət əla qətlih. Əllahummələnhum cəmia.

Sonra 100 dəfə deyərsən: Əs-səlamu ələykə ya Əba Əbdillahi və ələl-ərvahil-ləti həllət bifinaik, ələykə minni səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar, və la cəələhullahu axirəl-əhdi minni liziyarətikum. Əs-səlamu ələl Husəyni və əla Əliyyibnil –Huseyn, və əla ovladil Husəyn, və əla əshabil-Husəyni.

Sonra deyərsən: Allahummə xussə əntə əvvələ zalimin billəni minni vəbdə bihi əvvələn summəssaniyə vəs-salisə vər-rabi. Əllahummələn yəzidə xamisən vələn ubəydəllahibnə ziyadin vəbnə mərcanətə və umərəbnə sədin və şimrən və alə əbi sufyanə və alə ziyadin və alə mərvani ila yovmil-qiyaməh.

Sonra səcdəyə belə de:

Əllahummə ləkəl-həmdu həmdəş-şakirinə ləkə əla musabihim, əlhəmdu lillahi əla əzimi rəziyyəti. Əllahummərzuqni şəfaətəl-Husəyni yovməl-vurudi və səbbit li qədəmə sidqin indəkə məəl-Husəyni və əshabil-Husəyn, əlləzinə bəzəlu muhəcəhum dunəl-Huseyni ələyhis-səlam.


Ziyarətnamənin tərcüməsi


Salam olsun sənə ey Əba Əbdillah, Salam olsun sənə, Rəsulullahın oğlu!. Salam olsun sənə, ey Əmirəl-möminin, ilahi vəsilərin (canişinlərin) ağasının oğlu! Salam olsun sənə, ey hər iki aləmin yeganə xanımı olan Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey sarəllah və sarəllahın oğlu, ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmadı. Salam olsun sənə və o sənin qarşında təzim edən ruhlara! Nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır, sizin hamınıza məndən Allah salamı olsun! Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin aləmlərdə bütün səma əhlinə böyükdür, yanıqlıdır. Allah Sizi, Allahın Sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən məhrum edib, uzaq salan ümmətə lənət etsin! Allah, Sizi qətlə yetirən ümmətə lənət etsin. Allah, sizə qarşı müharibəni müqəddiməsini işləyib hazırlayan, ona şərait yaradan kəslərə lənət etsin! Mən Allah dərgahında və Sizin yanınızda onlardan və onlara tabe olanlardan, onların dostlarından bizarlıq edirəm. Ey Əba Əbdillah, mən qiyamətə kimi, sizinlə sülh edənlərlə sülh, sizinlə müharibə edənlərlə müharibə edəcəyəm. Allah Ziyad övladlarına, Mərvan övladlarına lənət etsin! Allah Bəni-Üməyyənin hamısına lənət etsin! Allah Mərcanənin oğluna (ibni Ziyada) lənət etsin! Allah Ömər ibni Sədə lənət etsin! Allah Şimrə lənət etsin! Atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayan, üzlərinə niqab salıb müharibəyə möhkəm hazırlaşanlara Allah lənət etsin! Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağım çox-çox böyükdür. Sənin məqamını əziz edən və sənin xatirinə məni də əziz edən Allahdan istəyirəm ki, Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-in Əhli beytindən olan qalib imamın (İmam Zaman ələyhissalamın) önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, Öz dərgahında məni İmam Hüseyn (ələyhissalam) xatirinə dünya və axirətdə abırlı-həyalı et. Ey Əba Əbdillah, mən səninlə dosluq etməklə və bu zülmlərin əsasını qoyub bu yolda heç nəyi əsirgəməyən, sizə və sizin işlərə qarşı zülm və cəfasında davam edənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm, Allahın dərgahında onlardan bezarlığımı bildirirəm, sizə və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan bezarlıq etməklə əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. Mən sizinlə sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Sizin və doslarınızın barəsində mərifət kəsb etməklə məni kəramətli edən, düşmənlərinizdən bezarlıq etməyi mənə nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizin yanınızda sabitqədəm etsin, məni, sizin Allah yanında malik olduğunuz bəyənilmiş məqama (məqami-məhmuda) çatdırsın, siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən və aşkar imamın (imam Zaman ələyhissalamın) önündə intiqamınızı almağı mənə nəsib etsin. Allahı sizin haqqınıza, məqam və mənzilətinizə and verib Ondan istəyirəm ki, Sizin matəminizdəki qəm-qüssəm müqabilində mənə ən yaxşı xeyir əvəzi versin; elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, islamda, bütün asimanlarda və yerdə əsər-əlaməti qalan necə də böyük müsibətdir! İlahi, mənim bu məqamımı Sənin tərəfindən salavat, rəhmət və məğfirətin şamil olduğu kəslərdən qərar ver. İlahi, həyatımı (diriliyimi) Mühəmməd və Ali-Mühəmmədin həyatı kimi, ölümümü Mühəmməd və Ali-Mühəmmədin ölümü kimi qərar ver. İlahi, bu gündə (Aşura günündə) üməyyə övladları, ciyər yeyənin (Hindənin) oğlu, həmçinin Sənin və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) dilindən o həzrətin dayanıb iqamət seçdiyi hər bir yerə lənətlənən məlunun oğlu sevinmiş, şənlik keçirmişdir. İlahi, Əbu Süfyana, Müaviyəyə lənət et. Sənin əbədi lənətin onlara olsun! Bu gündə Ziyad övladları, Mərvan övladları Hüseyn (ələyhissalam)-ı qətlə yetirməklə sevinib xoşhal olmuşlar. İlahi, Öz lənətini və əzabını onlara qat-qat artır! İlahi, mən bu gündə, bu məqamımda və həyatımın bütün dövrlərində onlardan bezarlıq etməklə, onlara lənət göndərməklə, Sənin Peyğəmbərin və onun övladlarına (səlamullahi ələyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram. İlahi, Mühəmməd və Ali-Mühəmmədin haqqında zülm edən ilk zülmkara, həmçinin ona tabe olan son zülmkara lənət et! İlahi, imam Hüseyn ələyhissalamla müharibə edən, onun qətlində bir-birinə kömək edən, əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə lənət et! İlahi, onların hamısına lənət et!

Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun sənin qarşında təzim edən ruhlara. Nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır bizdən sənə Allahın səlamı olsun! Allahdan istəyirəm ki, bu ziyarəti mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibni Hüseynə, Hüseynin övladlarına, Hüseynin səhabələrinə. İlahi, mənim lənətimi ilk zalıma məxsus et, əvvəlcə ilk zalımla başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, beşinci yerdə Yezidə lənət et və Übeydüllah ibni Ziyada, Mərcanənin oğluna, Ömər ibni Sədə, Şimrə, Əbu Süfyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına qiyamət gününə kimi lənət et. İlahi, Sənə həmd-səna edirəm – Əhli-beytin müsibətində iştirak edərək Sənə şükr edənlərin həmd-səna etməsi kimi. Allaha həmd-səna edirəm müsibətimin böyüklüyünə görə. İlahi, İmam Hüseyn ələyhissalamın şəfaətini mənə nəsib et və mənim həqiqət axtaran qədəmlərimi Öz dərgahında Hüseyn ələyhissalam və onun səhabaləri ilə birlikdə sabit qədəm et. Elə səhabələr ki, öz ruhlarını (qəlblərinin pak qanlarını) Hüseyn ələyhissalama qurban verdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir