14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنکُمْ  فَإِن تَنَازَعْتُمْ فِی شَیْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِن کُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْیَوْمِ الْآخِرِ ذَلِکَ خَیْرٌ وَأَحْسَنُ تَأْوِیلًا
“Ey iman gətirənlər! Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun! Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”.
İslamın 4-cü əsrində yaşamış Əhli-Sünnənin Şafei məzhəbinin böyük hədis, tərcümeyi-hal və tarix alimi Əbu Əbdillah Məhəmməd bin Abdullah bin Məhəmməd Hakim Nişapuri (321 – 405 hq) özünün “əl-Müstədrək ələs-Səhiheyin” adlı hədis məcmuəsində yazır:
أَخْبَرَنَا أَبُو أَحْمَدَ مُحَمَّدُ بْنُ مُحَمَّدٍ الشَّیْبَانِیُّ مِنْ أَصْلِ کِتَابِهِ، ثنا عَلِیُّ بْنُ سَعِیدِ بْنِ بَشِیرٍ الرَّازِیُّ، بِمِصْرَ، ثنا الْحَسَنُ بْنُ حَمَّادٍ الْحَضْرَمِیُّ، ثنا یَحْیَى بْنُ یَعْلَى، ثنا بَسَّامٌ الصَّیْرَفِیُّ، عَنِ الْحَسَنِ بْنِ عَمْرٍو الْفُقَیْمِیِّ، عَنْ مُعَاوِیَةَ بْنِ ثَعْلَبَةَ، عَنْ أَبِی ذَرٍّ رَضِیَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ: مَنْ أَطَاعَنِی فَقَدْ أَطَاعَ اللَّهَ، وَمَنْ عَصَانِی فَقَدْ عَصَى اللَّهَ، وَمَنْ أَطَاعَ عَلِیًّا فَقَدْ أَطَاعَنِی، وَمَنْ عَصَى عَلِیًّا فَقَدْ عَصَانِی

Əbu Əhməd Şeybani öz kitabından mənə belə xəbər verdi: Hədis etdi mənə Əli bin Səid bin Bəşir ər-Rzai Misrdə, o da Həsən bin Həmmad əl-Həzrəmidən, o da Yəhya bin Yəəladan, o da Bəssam əs-Səyrəfidən, o da Həsən bin Əmr əl-Fuqeymidən, o da Müaviyə ibn Səələbədən, o da Əbu Zərdən ki, Həzrət  Peyğəmər (s) buyurdu:
“Hər kəs mənə itaət etsə, həqiqətdə Allaha itaət edib. Hər kəs mənə üsyankarlıq etsə, həqiqətdə Allaha üsyankarlıq və günah edib. Və hər kəs Əliyə itaət etsə, mənə itaət etmişdir və hər kəs Əliyə üsyankarlıq etsə, həqiqətdə mənə üsyan və itaətsizlik edibdir”. Amma Buxari və Müslim bu hədisi kitablarında nəql etməyiblər).
Hədisin qaynağı: Hakim Nişaburi, “əl-Müstədrək ələs-Səhiheyin”, c.3, s.131; Darul-Kutubul-Elmiyyə çapı.
Hədisin sənəd baxımından hökmü:
1). Hakim Nişaburi: Bu hədisin isnadı səhihdir.
2). Şəmsuddin Zəhəbi: Hədis səhihdir.

Mirməhəmməd Bəşir
http://t.me/mirmehemmed_beshir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir