14-Məsum (Əhli-Beyt)İmam Səccad (ə)

4-cü İmam Zeynul Abidin əleyhissalamın mövlud günü

İmam Zeynul Abidin əleyhissalam buyurur:

قال علي بن الحسين ( عليهما السلام ) : ” إن دين الله لا يصاب
بالعقول الناقصة ، والآراء الباطلة ، والمقاييس الفاسدة ، ولا يصاب إلا
بالتسليم ، فمن سلم لنا سلم ، ومن اهتدى بنا هدي ، ومن دان
بالقياس والرأي هلك

“Naqis və qüsurlu agıl ilə, batil nəzəriyyələr ilə, eləcə də puç və əsassız müqayisələr vasitəsilə Allah Taalanın Dinini dərk etmək və tanımaq mümkün deyil.
Həqiqi Dinə qovuşmağın yeganə yolu saf və səmimi-qəlbdən itaət etmək vasitəsilə olur.
Kim Bizə -Əhli-beytə təslim olarsa hər bir yanlışlıq və uçurumdan amanda qalar.
Kim Biz -Əhli-beytin vasitəsilə hidayət olunarsa xoşbəxt olacaqdır.
Müqayisə etməklə, şəxsi nəzərləri və rəyi ilə Dini(n həqiqətini) tapmaq istəyən şəxs mütləq həlak olacaqdır!”
.
Müstədrəkul Vəsail 17-ci cild 262-ci səhifə
Kəmalud-din və tamamun nimə 324-cü səhifə
Biharul ənvar 2-ci cild 303-cü səhifə
.
Hədisin qısa şərhi:
İmam Zeynul Abidin əleyhissalamın bu sözlərində çox böyük dərslər və mühüm incəliklər vardır, o cümlədən:
.
1- Allahı və İslam dininin həqiqətini, yəni siratul-müstəqim (düz-doğru yol) olan Əhli-beyt (onların hamısına salam olsun) yolunu başa düşmək və anlamaq istəyən insan “kamil ağıla” , “məntiqi düşüncəyə” və “həyat qanunlarını düzgün dərk edə bilmək” xüsusiyyətinə malik olmalıdır. Əks halda, yəni naqis ağıl, batil nəzəriyyə və əsassız – puç müqayisələr ilə Allahı və Əhli-beyt yolunu dərk etmək mümkün deyil.
Odur ki, Əhli-beyt yolunu dərk edə bilməyən, Məhərrəmliyin xristianlıqdan gəlmə adət olduğunu sanan, şiəlik ilə vəhhabilik arasındakı fərqi qanmayan, müctehidlərin varlığının əhəmiyyətinin başa düşməyən … adamlar “kamil ağıl” , “məntiqi düşüncə” və “həyat qanunlarını düzgün dərk edə bilmək” xüsusiyyətindən məhrum olanlardırlar. Nadan və cahil olduqları halda özlərini bilikli və savadlı kimi təsəvvür edən belə insanların ağılları naqis, qərarları məntiqsizdir, həyatı dərk edə bilmədikləri üçün isə həyat qanunlarını başa düşməyə acizdirlər.
.
2- Halbuki Allahı, İslam dinini və Əhli-beyt (ə) yolunu dərk edə bilmək üçün səmimiyyət, ixlas, ürəyitəmizlik, qərəzsizlik, riyakarlıqdan uzaq olmaq, həqiqəti bilmək həvəsində olmaq, axirətin və Qiyamətin varlığına inanmaq … lazımdır.
.
3- Ali insanlaq dəyərlərinə malik olmaq, həyatda ucalmaq və təkamülə çatmaq istəyən insanlar a) Əhli-beyti tanıyaraq b) Onlarla dostluq etmək, beləliklə də c) Onların vasitəsilə hidayət yollarına yüksələ bilərlər. Bu üç məqama nail olduqdan sonra həmin şəxslər İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbinin layiqli şagirdi ola bilərlər. Onda Allahı, İslam dinin həqiqətini, Əhli-beyt yolunu dərk edə bilərlər.
.
4- Çirkin və bulaşıq qəlb ilə, batil əhlinin (kafirlərin) qanunlarını özünün həyat qanunu sanmaq ilə, günahların içində batdığı halda, həmiçinin halal ilə haramın arasındakı fərqi anlamayınca Allahı, İslam dinin həqiqətini, Əhli-beyt (ə) yolunu dərk etmək mümükün deyil. Mövləvinin yaxşı sözü var, deyir:
تو علی را در تاریکی دیده ای
ز آن جهت غیر بر او ب‍ذیده ای

Sən Əlini (ə) qaranlıqda görmüsən

Odur ki, başqasını ondan üstün bilmisən.
,
Dostlar, baxın, sizcə Lerik dağlarının suyunu kanalizasiya vasitəsilə evlərə gətirsələr, krantlardan axan suyu içən hər bir kəsin ürəyi bulanıb qaytararsa günah kimdədir?! Günah Lerik dağlarının suyundadır yoxsa əvvəlcə təmiz olmuş və sonra nəcislə murdarla bulaşmış borulardadır??
Nəsicə bulaşaraq murdar olmuş borular təmizlənməyincə Lerik dağlarının sularını dərk edə bilməzlər.
Odur ki, niyyət, məqsəd və məramlar təmiz və pak olmayınca həqiqətləri görmək və dərk etmək mümkün olmaz.

 

RZA ƏZİZOĞLU İRƏVANİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir