14-Məsum (Əhli-Beyt)İmam Cəfər Sadiq (ə)

İmam Sadiqin (ə) şəhadət günü

Bu gün İmam Sadiqin (ə) şəhadət günüdürMüsəlmanların 6-cı imamı İmam Sadiq (ə) hicri 83-cü il rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açmışdır. Atası İmam Məhəmməd Baqirdir (ə). Anası İmam Əlinin (ə) əshabından olan Məhəmməd ibn Əbu Bəkrin nəvəsi idi. Məhəmməd ibn Əbu Bəkrin anası isə təqvalı, xanım Fatiməyə xidmət etmiş Əsma binti Üməys idi. İmam Sadiq (ə) babası İmam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.

İmam Sadiqin (ə) dövründə xilafətə rəhbərlik edən xəlifə Mənsur Dəvəniqi Əhli-Beyt (ə) davamçılarına qarşı öz sələfləri kimi amansızlıq göstərirdi. Xəlifə Bəni-Haşim nəslindən bir neçə mömini şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali təyin etdi. Vali İmam Sadiqin (ə) hərəkətlərini nəzarət altında saxlamalı idi. Şəybə cümə günü namazdan sonra minbərə qalxıb, İmam Əli (ə) və Peyğəmbər (s) xanədanı haqqında nalayiq sözlər dedi. İmam Sadiq (ə) ayağa qalxıb etiraz etdi və valinin niyyətini açıqladı.
Xəlifə Mənsur İmamı (ə) mübarizə yolundan döndərməyə müvəffəq olmadığı üçün onu şəhid etmək qərarına gəldi. Hicri 148-ci il şəvval ayının 25-də İmam (ə) zəhərələnərək, şəhid edildi. Həzrətin (ə) pak vücudu Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir