Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Haris ibn Dəlhas Əbülhəsəndən (ə) belə nəql edir: “Bu üç xislətə sahib olmayan şəxs mömin deyil:
Allahdan olan sünnətə, Peyğəmbərdən (s)olan sünnətə və Peyğəmbərin vəlisindən olan sünnətə.
Rəbbindən olan sünnət, Onun sirrini gizli saxlamasıdır. Belə ki, Allah-taala Qurani-Kərimdə belə buyurur: “(Аllаh) qeybi biləndir və Öz qeybinin sirlərindən heç kimi agah etməz, Yalnız seçdiyi rəsuldan başqa” (“Cin” surəsi, 25-26-cı ayələr),
Peyğəmbərdən (s) olan sünnət insanlarla xoş davranışdır. Belə ki, Allah-taala Qurani-Kərimdə Öz peyğəmbərinə insanlarla xoş davranmağı əmr edərək belə buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər” (“Əraf” surəsi, 199-cu ayə). Peyğəmbərin vəlisinin sünnəti isə maddi və cismani ziyanlara səbir etməkdir. Belə ki, Allah-taala Qurani-Kərimdə buyurur: “Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs” (“Bəqərə” surəsi, 177-ci ayə).
Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Oxşar yazılıar
‘Mübahilə’ gününün əməlləri
Zil-hiccə ayının 24-ü“Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edən Nəcran xristianları ilə mübahisəsi nəticə…
Allahdan İstədiyini Necə Almaq Olar?
İnsan elə bir məqama çatmalıdır ki, Allahdan nə istəyirsə, Allah ona versin — bütün duaları qəbul olunsun. Bəli, belə bir hal mümkündür. Və bu halın bir yolu var. Əgər sən…

