14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Allah Rəsulu (s): “Ey Əli, sən Cənnətin Zülqərneynisən.” (İbn Hibban)

Əhli-sünnə alimi İbn Hibban yazır:

أخبرنا عبد الله بن أحمد بن موسى بعسكر مكرم عبدان قال : حدثنا هدبة بن خالد قال : حدثنا حماد بن سلمة عن ابن إسحاق عن محمد بن إبراهيم التيمي عن سلمة بن أبي الطفيل عن علي بن أبي طالب أن رسول الله صلى الله عليه و سلم قال له : يا علي إن لك كنزا وإنك ذو قرنيها فلا تتبع النظرة النظرة فإن لك الأولى وليست لك الآخرة

Bizə Abdullah ibn Əhməd ibn Musa nəql edib dedi: bizə Hədbə ibn Xalid nəql edib dedi: bizə Həmmad ibn Sələmə Məhəmməd ibn İshaqdan, o, Məhəmməd ibn İbrahim ət-Teymidən, o, Sələmə ibn Əbut-Tüfeyldən, o da Əlidən nəql edib dedi:

Peyğəmbər mənə belə dedi: “Ey Əli, sənin Cənnətdə bir xəzinən vardır və sən Cənnətin “Zu-qərneyn”isən. (Naməhrəmə) bir dəfə baxdınsa, ikinci dəfə baxma. Birinci baxış icazəli olsa da, ikincisi belə deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir