14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Təqi (ə)

Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).

Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).O Həzrət buyurmuşdur:
-İnsanlar müxtəlif surətdədirlər və hər kəs öz surətində əməl edir.
Allahımız hər bir insana iki surət verib.
1.Zahiri surət.
2.Batini surət.
Zahiri surətin necəliyi və keyfiyyəti insandan asılı deyildir. Kimisə ağ, kimisə qara ,kimisə yaraşıqlı , kimisə yaraşıqsız kimisə hündür və kimisə qısa edən odur.
Amma batini surətin necəliyi və keyfiyyəti bizdən asılıdır. İlk dünyaya gələn hər bir insanın batini surəti gözəl və pakdır. Lakin zaman keçdikcə batini surətimiz haldan hala düşür.
Zahiri surətin keyfiyyətini təyin etmək asandır və göz qabağındadır.
Lakin batini şəklimizin və surətimizin necəliyini necə bilək ??!!
9-cu İmamımız İmam Məhəmməd Təqi (ə) yuxarıdakı söz və ifadə baxımından qısa olan kəlməsində bu mühüm sualın cavabını verir. Batini surətin keyfiyyətini əməl təyin edir. Əməl ruhumuzun və batinimizin aynası və güzgüsüdür. Hərə öz surətində əməl edir.
Söz insan düşüncəsinin məhsulu olduğu kimi, əməl də insanın batini surətinin məhsuludir.
Söz insan beyninin qabiliyyətini və istedadını kəşf etdiyi kimi, əməl də insanın ruhunun hansı əndazədə olmasını kəşf edir.
Söz insan ağlının və dərrakəsinin göstəricisi olduğu kimi, əməl də insanın batini surətinin keyfiyyət göstəricisidir.
İlahi, surətimizi gözəlləşdir !
Əziz İmamın doğum günü bütün İslam dünyasına , məxsusən ana vətənimiz Azərbaycana mübarək olsun !
Bütün müsəlmanları bu gözəl gün münasibəti ilə təbrik edirəm.
Seyyid Ağarəşid Boradigahlı.
18.04.2016.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir