AŞURA iqtisadiyyatı
Kufə şiələrinin ağsaqqallarının İmam Hüseynə (ə) yazdıqları məktublarda deyilir:
«وَ جَعَلَ مالَ اللهِ دولَةً بینَ جبابِرَتها و اغنیائها»
“(Yezidin İslam və müsəlmanlara etdiyi xəyanətlərdən biri də budur ki,) Beytül-malın (yəni, xalqın büdcəsinin) hamısını bir dəstə zalim, oliqarx və sərvətli kapitalistin ixtiyarına verib”.
İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: “Hüseyni (ə) iqtisadiyyat” (Quran və Əhli-Beyt iqtisadiyyatı) və “Yezidi iqtisadiyyat” (cahiliyyət dövrünün Qüreyş iqtisadiyyatı və müasir kapitalizm). Aşuranın canlı saxlanılmasının da hədəfi cəmiyyətdə “Hüseyni (ə) ədalət”in bərqərar və bərpa edilməsidir.
“Hüseyni (ə) ədalət”, yəni xalqın sərvətinin bütün təbəqələr arasında ədalətli bölünməsi, hamının öz haqqına çatması, hamının inkişaflı həyat tərzi yaşaması. Necə ki, İmam Əli (ə) buyurur: “Ədalət həyatdır” (العدل حیاة).
“Yezidi iqtisadiyyat” isə kapitalizmin praktiki tətbiqi, fəsad, rüşvətxorluq, bahaçılıq, kontrolsuz qiymətlər, insanları müflisləşdirən xüsusiyyətçilik, oliqarxları müdafiəsiz camaatın canına düçar etmək, sənaye istehsalı və xidmətlərinin monopoliyasıdır.
AŞURA qiyamının yaşadılmasının hədəfi isə “Hüseyni (ə) iqtisadiyyat”ın bərqərar edilməsi və yuxarıda qeyd edilən “yezidi iqtisadiyyat” növü ilə mübarizədir.
Əllamə Məhəmmədrza Həkimi (telegram kanalından xülasə və tərcümə) @mirmehemmed_beshir
AŞURA iqtisadiyyatı
Oxşar yazılıar
Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı
(Rəbiül-əvvəl ayının 10-u – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin…
Ərbəin gününün əməlləri
İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam…