Müsəlmanın həyat tərzi

QƏLBİ SAĞLAMLAŞDIRAN AMİLLƏR

QƏLBİ SAĞLAMLAŞDIRAN AMİLLƏR

 

Qurani-Kərimdə və rəvayətlərdə qəlbi canlandıran, onun sağlamlığını təmin edən amillər göstərilmişdir. Bunlara nümunə olaraq, aşağıdakıları göstərmək olar: Quran oxumaq, moizə dinləmək, Allahı yad etmək, ölümü xatırlamaq, düşünmək, hikmət nuru, fəzilət sahibləri ilə ünsiyyətdə olmaq, elmi söhbət, əməlisalehlərlə görüş, bilik sahibləri ilə görüş, köməksizlərin qarnını doyurmaq, yetimlərə qayğı göstərmək, günah işləməmək, təqvalı olmaq, qeyri-ilahi eşqə yox demək və s.

Allah-Taala buyurur: “(Ey insanlarl!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdiri”1

Əmirülmöminindən (ə) bu mənaya dəlalət edən bir sıra hədislər vardır:

“Quranı öyrənin … Onun haqqında düşünün. Çünki o, qəlblərin baharıdır. Nurundan şəfa alın, çünki qəlblərin şəfasıdır”2

“Fəzilət sahibləri ilə həmsöhbət olmaq qəlblərin dirilməsinə səbəb olur” 3

“Əməlisalehlərlə görüşmək ürəyi abad edir” 4

“Bilik əhli ilə yoldaşlıq etmək ürəyi abad edir”5

“Qəlbin abadlığı ağıllılarla ünsiyyətdədir” 6

O həzrət İmam Həsənə (ə) vəsiyyətində buyurur: “Oğlum, sənə təqvalı olub Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı tapşırıram” 7

 

1)“Yunus” 57.

2)“Nəhc əl-bəlağə” xütbə: 110.

3) “Gürər əl-hikəm” səh. 429.

4)“Tühəf əl-üqul”, səh. 80.

5)“Ğürər əl-hikəm” səh. 430.

6)“Gürər əl-hikəm” səh. 429.

7)“Nəhc əl-bəlağə” məktub: 31.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir