1-Hüseyn ibn əbim Əlandən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs həftədə bir dəfə səcdə surəsini oxusa, Allah onun nameyi əməlini sağ əlinə verər, və elədikləri işlərə görə çətin hesab çəkilməz. O Allahın Rəsulu (s.ə.v.v)və övladları ilə bir yerdə olacaqdır.
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Əlif-lam-mim, tənzil” (Səcdə surəsi). və “Təbarəkəlləzi” (Furqan surəsi) surəsini oxuyan şəxs elə bil ki, Qədr gecəsini əhya saxlamışdır. Leys ibn Zübeyr Cabirdən, rəvayət edir ki, o deyirdi: Allahın Rəsulu (s.ə.v.v) gecə-lər bu iki surəni oxumamış yatmazdı. Leys deyir: Bu rəvayəti tavusa dedim: Sonra o dedi: Bu iki surə Quranın bütün surələrindən qiyamətlisidir, və hər kəs bu iki surəni oxusa, altımış həsənə onun üçün yazılar, onun altımış günahı məhv edilər, məqamı altımış dərəcə yuxarı qaldırılar.