14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Bu gün peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Və altıncı imam Cəfər Sadiq əleyhissalamın mövlud günüdür.

Bu gün peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Və altıncı imam Cəfər Sadiq əleyhissalamın mövlud günüdür.
Həzrət Muhəmməd (s) buyurur:

النظافة من الايمان

“Təmizlik imandandır.”
.
Hər bir insanın fitrətən sevdiyi şeylərin biri də təmizlikdir. Hərçənd ki, insan günah etdikcə “təmizliyi sevmək” xüsusiyyəti həmin insanda zəifləməyə başlayır.
Deməli, imanlı şəxslər təmizlik barədə daha çox düşünürlər, təmizlik onlar üçün çox əhəmiyyətlidir.
Üst-başın təmizliyindən tutmuş, evin, həyət bacanın və sairin təmizliyinə qədər.
Hətta insanın ağzının təmizliyinə də çox diqqət edilməlidir, həm zahirə təmizlik, yəni ağızın yuyulması, dişlərin fırçalanması, korlanmış dişlərin müalicəsi…, həm də ağızın batini təmizliyinə çox diqqət edilməlidir.
Ağızın batini təmizliyindən məqsəd insanın ağız ilə edilən günalardan uzaq olmasıdır, məsələn; Yalan danışmaq, söyüş söymək, qeybət etmək, böhtan, iftira, təhqir…
Odur ki, Biharul-ənvar kitabının 70-ci cildində Sevimli Peyğəmbərimiz(s) ağızın təmizliyi barədə buyurur:
طهروا افواهکم فانه طرق القران

“Ağızlarınızı təmiz saxlayın, çünki ora Quranın yollarıdır.”
.
Amma bunların hamısından daha əhəmiyyətli Qəlbin təmizliyidir. Siz heç Qəlbinizin təmzliyi barədə düşünmüsünüzmü?!
İnsan bələdiyyədən bir torpaq alır, yerini müəyyənləşdirir, bununla da kifayətlənir.
Orada heç bir abadlıq işi görmür, “gələcəkdə bir şey edərəm” -deyir.
O torpağın başına nə gəlir?!
Kimisi bir az oradan qəsb edir, Yoldan keçən və ayaqyolu axtaranlar oranı murdarlayır, heyvanlar və qurd-quşlar oraya toplaşır, yerdən çoxlu tikanlar və ziyanlı otlar bitir…
Amma insan oranı hətta azacıq belə abad edərsə, məsələn sadəcə o torpağın hasarını çəkərək oraya darvaza qoyarsa yuxarıda sadalananların çoxu baş verməyəcək. O ki, qala insan oranı daha abad etməyə başlaya və tez-tez baş çəkə…
İnsanın Qəlbi də belədir.
İnsan qəlbinə heç bir sərhəd təyin etməzsə onun Qəlbi murdarlanacaq və çoxlu ziyanvericilər ilə bulaşacaqdır…
Amma əgər insan Qəlbini təmizləyərək ona heç olmazsa hasar çəkib qapı qoyarsa, yəni günahların və pis adətlərin ora girməyinə qadağa qoyarsa o Qəlbdə abadlıq baş vermiş olacaq…
Qəlbini təmizləmiş insan həmişə xoşbəxtdir, amma qəlbi bulaşıq olanlar həmişə bədbəxt və narahatdırlar.
Odur ki, Allah Taala Qurani-Kərimdə Şəms surəsinin 9 və 10-cu ayələrində buyurur:

قد افلح من زكاها
و قد خاب من دساها

“Kim Qəlbini təmizləyə bildisə xoşbəxt oldu,
Kim Qəlbini bulaşıq saxladısa ziyana uğradı.”
Allah Taala hamımıza həzərt Muhəmməd və ali-Muhəmməd xatirinə Qəlblərimizi təmizləmək üçün güç, qüvvə, təqva, iradə və müvəffəqiyyət nəsib etsin!”

 

RZA ƏZİZOĞLU İRƏVANİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir