14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

أَعظَمُ المَصائِبِ الجَهلُ

“Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.”
Təsnifu qurərul hikəm 73-cü səhifə
.
Doğrudan da cəhalət, elmsizlik və nadanlıq hər bir cəmiyyət üçün ən böyük müsibət və bəladır.
Əgər biz insanları düzgün maarifləndirməsək, Qurani-kərim ayələrinin həqiqətlərini onlara açıqlamasaq, Peyğəmbər (s) və İmamların (s) hikmətli hədislərini insanlara təqdim etməsək cəmiyyətin cəhalət və nadanlıqda qalmalarının müqəssiri biz olacağıq.
Üstəlik yabançı, yalançı, saxta və batil əqidələr insanların cahillik və nadanlıqlarından istifadə edərək cəmiyyəti Haqqdan və Əxlaqdan uzaqlaşdıraraq özlərinə tərəf çəkəcəklər.
Baxın, gecə vaxtı işıqlar sönəndə evdə kiçik bir kibrit çöpü yandıranda otaq necə işıqllanır?!
Kibritin nurunun otağı işıqlandırması heç də kibritin nurunun çoxluğu və əzəmətindən deyil, əksinə otağın həddən artıq qaranlıq və zülmət içində olmasına görədir.
Dinsizlik, ateizm, nurçuluq, sələfilik, şeytanpərəstlik, bütpərəstlik və ilaxır kimi saxta, batil və puç əqidələrin cəmiyyətdə yayılması onların elm və məlumatlarının çox olmasından deyil, əksinə cəmiyyətin həddən ziyadə cahil, nadan və elmsiz olduqlarına, eləcə də İslamdan və Əxlaqdan çox uzaq olduğuna görədir.


RZA ƏZİZOĞLU İRƏVANİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir