14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Dünyada ən ləzzətli və ən acılı məqam hansı məqamlardır?

“Bütün ləzzətlərin dadına baxdım, ən ləzzətlisi – can sağlığıdır. Bütün ağrı-acıları yaşadım, ən ağrılısı – başqalarına möhtac olmaqdır. Dəmir daşıdım, daş daşıdım, amma borc daşımaq qədər ağır heç nə yoxdur. Həyat iki gündür: biri – lehinə, digəri də əleyhinədir. Gün lehinə olduqda lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər”

 

İmamın nitqinin ülviliyinə dəlalət edən 9 kəlam

Hər kəsin qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. Camaat bilmədiklərinin düşmənidir. Kişi dilinin altında gizlənib. İstədiyinə yaxşılıq et! əmiri olarsan. Hər bir insana ehtiyacın olmasa, onun kimi olarsan. İstədiyinə etiraz et, əsiri olarsan. İlahi izzətli olmağım üçün sənə bəndə olmağım kifayət edər. İlahi iftixar etməm üçün sənin mənə rəbb olman yetər. İlahi sən mən sevdiyim kimisən, Məni də sevdiyin kimi qıl!

 

Allahın müqəddəratı ilə razılaşmaq

“Bu insanın işi necə də qəribədir! O, əlinə gələn nemətə görə sevinir, hal bu ki onsuz da ona sahib olacaqdı. Bu insan çata bilmədiyi nemətə görə narahat olur, hal bu ki onsuzda o nemətə çatmayacaqdı. Əgər bu insan biraz düşünsəydi, (həqiqəti) görərdi. Anlayardı ki onun işləri digəri tərəfindən tədbir olunur, bilərdi ki ruzi öz miqdarına uyğun bölünür. Belə olan halda o, əli asan çatanla kifayətlənər, əldə edilməsi çətin olanın arxasınca qaçmazdı”

 

Ən pis yoldaş kimdir?

“Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir( Yəni onu yaxşı cilvələndirəndir)”

 

Ən pis doğru söz

“Düz sözlərin ən pisi kişinin özünü tərifləməsidir”

 

Kimlərlə dostluq edək?

Səhabələrdən biri İmam Əliyə yaxınlaşaraq, deyir: Ya Əli kimlərlə dostluq etmək olmaz? İmam buyurur:

“Sənin yaxşı işlərini gizlədən və demiyənlə və eləcə də sənin pis işlərini yayanla dostluq etmə”

 

 

İmam Əlinin (ə) tarixə verdiyi həyati əhəmiyyət

“Ey mənim oğlum! Mən özümdən öncəkilər qədər yaşamasam da, onların işlərinə nəzər saldım və barələrində gələn xəbərlər haqda düşündüm, qoyub getdiklərini bir seyr etdim. O yerə qədər ki onlardan biri oldum. Onlardan mənə çatanların sayəsində özümü elə gördüm ki elə bil onların ömrünün əvvəlindən sonuna qədər onlarla birgə olmuşam. Onların həyatının şirin anlarını çətin anlarından ayırıb tanıdım. Faydalı və ziyanlı həyatları ilə aşina oldum. Onun (tarix) hər mühüm və dəyərli tərəfini və hər gözəl və şirin hadisələrini sənin üçün çıxarıb ortaya qoydum. Onun məchul və naməlumlarını (şübhəli və qaranlıqlı məqamlar) səndən uzaq tutdum. Övladı üçün yaxşılıq istəyən mehriban bir atanın əməli kimi mən də səni onun (tarixin) yaxşılıqları ilə tərbiyələndirmək istədim. Sən indi həyatın əvvəlindəsən. Yenicə rizigarla üzləşirsən, sağlam niyyət və səfali mənəviyyatın var.”

 

İmam Əli (ə) cahil insanın əlamətlərini necə izah edir?

“Cahil o kəsdir ki – bilmədiyi məsələdə – özünü alim hesab edə və öz fikri ilə kifayətlənə. O, alimlərdən uzaq olar və onlara eyb tutar. Öz muxaliflərini xətakar, anlamadığı məsələləri isə yoldan azdıran (fikir) kimi bilər. Bilmədiyi mətləbə çatanda onu inkar edərək yalan bilər. Nadanlıq üzündən deyər: Mən belə bir şeyi tanımıram və belə bir şeyin olmasına inanmıram. Belə bir şey harada var, deyər. Bu ona görədir ki, yalnız öz rəyinə inanır və cahil olmasına da mərifəti yoxdur. Bu cahilliyə görə cəhldən bəhrələnərək, haqqı inkar edər və nadanlıqda da mütəhəyyir (avara və heyrət içində) qalar. O təkəbbürlük edib elm almaz.”

 

İmam “Allahdan qorxma!” tövsiyəsinin necə izah edir?

“Möminlərin əmiri İmam Əli vücudunu qorxu bürümüş bir kişini gördü. İmam ona dedi: Sənə nə olub? Kişi cavab verdi: Allahdan qorxuram. İmam buyurdu: Ay Allahın bəndəsi günahlarından qorx! Kimsənin ödənilməmiş haqqı səndə qalacağı təqdirdə səni tutacaq Allahın ədalətindən qorx! Sənə vacib buyurulanlarda itaət et! Səni islah edən və xeyrinə olan buyuruqlarda günah etmə! Bundan sonra Allahdan qorxmaq lazım deyil, çünki o kimsəyə zülm etməz. Allah belə bəndəsini layiq olduğundan artıq cəzalandırmaz. Amma ömrünün aqibətinin pis olacağından, (mənfiyə doğru) dəyişəcəyindən qorxursansa və Allahın bu pis aqibətdən səni amanda saxlamağını istəyirsənsə, elə isə bil ki, sənə gələn xeyirlər Allahın kərəm və tövfiqatı sayəsindədir. (və bil ki,) Gələn pis işlər isə Allahın sənə möhlət verməsi və sənə görə səbirli olmasına görədir.”

 

Daimi sağlamlığın qısa resepti İmam Əlinin (ə) tövsiyəsində

“Qidanı ac ikən yeyən, onu yaxşı çeynəyən, iştahı ola ola əlini yeməkdən çəkən və vaxtı gələn kimi  ifrazatı qarnında saxlamayan şəxs yalnız ölüm öncəsi xəstəliklə xəstələnə bilər.”

 

İmamın dünənimiz və sabahımız haqda maraqlı hədisi

“Fövtə gedən (dünən) arxada qalıbdır, qarşıda gələn (sabah) haradadır?!, Bu iki yoxun arasındakı fürsəti qənimət bil”

 

Qəlbinizin qulaqlarını açın ki sözlərimi dərk edə biləsiz

“Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər – eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”

islaminsesi.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir