14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)

İnsanın zaman etibarı ilə dünyaya gəlişi çox qədimdir. Bu zaman ərzində müxtəlif insan toplumları, müxtəlif cür cəmiyyətlər formalaşıb.

Bunların içində həm ədalət və düzgünlüklə idarə olunan cəmiyyətlər, həmçinin zülm və istibdadla idarə olunan cəmiyyətlər olub.

Təəssüflə qeyd etmək olar ki, insanlıq tarixində nümunə göstəriləcək cəmiyyətlər çox az sayda olmuşdur. Demək olar ki, insan daima bir-birinin qənimi, bir-birinin istismarçısı olmuşdur.

Bunların içində yalnız həqiqi imanla Allaha və Onun qanunlarına tabe olan kəslər istisnadır. Bu mövzuda ancaq şəhadət verib Allahı təsdiq etmək kifayət etmir.

Həmçinin Allaha itaət etmək və Onun qanunlarına tabe olmaq əsas şərtdir. Çünki insan Allah qanunlarını tanımadıqca, öz qanunlarını önə çəkəcəkdir.

Bunu özü də həm şəxsin özünə, həm də ətrafına zülümdür. Necəki bu gün dünya buna şahiddir. Dünyada baş verən zülm və haqsızlıqları insan dolaysı yollarla, müxtəlif formalarda özü yaradır.

Bunun yeganə səbəbi Allahdan uzaq olmasıdır. Dünyanın və cəmiyyətin islahı isə, ilk öncə insanın özünün islahındadır. Hecəki Quran buyurur:

“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (Şura-42)

Hz. Əli (ə) xütbələrinin birində insanın islah yolunu və Allaha yaxınlıq yolunu bəyan edərək buyurur:

1- “Ey Allah bəndələri bilin və agah olun! Bəndəni Allaha yaxın edəcək vasitələr yalnız bunlardır!

2- Allaha iman gətirin! Onun mələklərinə (qeybə) və vəhyinə (bütün İslam etiqadına) iman gətirin!

3- Allah yolunda səy edin! Bu İslamın ən ali hədəfidir!

4- Həmçinin insan təbiətinin və fitrətinin (daxili aləmi) tələbi olan “Şəhadəti” iqraq edin! (Allaha və peyğəmbərə)

5- Namazı bərpa edin! Bu İslamın əsas ayinidir.

6- Zəkatı verin! Bu vacibatdandır.

7- Ramazan ayının orucunu tutun! Bu Allahın qəzəbindən və oddan qoruyan divardır.

8- Həcci yerinə yetirin! Bu kasıblığı, fəqirliyi, günahları aradan aparar. Behşiti vacib edər.

9- Qohum və yaxınları (silə-rəhm) yoxlamağı tərk etməyin! Bu malı və ömrü çoxaldar. Bu cəmiyyətin inkişafı deməkdir.

10- Gizlində sədəqə verin! Bu günahları əfv etdirər, Allahın qəzəb odunu söndürər.

11- Aşkarda sədəqə verin! Bu əməl qəfil və bəyənilməz ölümü insandan uzaq edər.

12- Xeyir və saleh işlər görün! Bu səhv və xətaların qarşısını alır!” (Tuhəful-uqul . tərcümə-137)

Bəli istər insanın öz fərdi həyatı olsun, yaxud istər ictimai mühiti olsun, bütün bunların gözəl şəkildə qurulması yalnız insanın öz Rəbbinə bağlanmasında və düzgün istiqamətli səyindədir:

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm-39)

(İslaminSesi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir