Bölmə: Namaz
namaz
Tarix
10.08.2026
Sual
"namazı batil edən şeyləri denən"
Şəri Cavab
10.08.2026 20:07
Namazın şərtlərindən birinin pozulması
Məsələ 1343. Əgər namaz əsnasında onun şərtlərindən hər hansı biri(1) pozularsa, namaz batil olur. Bununla bağlı məsələlər namazın müqəddimatı (hazırlıq tədbirləri) bölməsində müfəssəl surətdə izah edilmişdir. Burada bir neçə misalla kifayətlənəcəyik:
1-ci misal. Əgər namaz əsnasında (vaxt geniş olduqda) namaz qılanın geyimi nəcasətlənərsə və müvalat, yaxud namazın surəti pozulmadan onu paklamaq, yaxud soyunmaq mümkün olmazsa, namaz batil olur.
2-ci misal. Əgər namaz əsnasında (vaxt geniş olduqda) insan namazını qıldığı yerin qəsb edilmiş bir yer olduğunu başa düşərsə və namazda ikən müvalat, yaxud namazın surəti pozulmadan həmin yerdən kənara çıxmaq mümkün olazsa, lazım ehtiyata əsasən, namaz batil olur.
Bu hallarda namaz qılan şəxs namazın qalan vacibat və hissələrini namazın müqəddimatı bölməsində qeyd edilən lazımi şərtlərə riayət etməklə yerinə yetirə bilmədiyinə görə namaz batil sayılır.
Murşid paşazadə
İxtisas: Fiqh
Təhsil: Baki İslam
Namaz Vaxtları (Bakı)
Aylıq Cədvəl →
Tarix: 11.08.2026
Şiə Fiqhi
Növbəti: Əsr
16:57
Sübh
04:04
Günəş
05:47
Zöhr
12:46
Əsr
16:57
Məğrib
20:05
Gecəyarı
00:05
Aylıq Namaz Cədvəlinə Bax →
Həftənin Zikri (100 dəfə)
يَا أَرْحَمَ الرَّاحِمِينَ
Ya Ərhəmər Rahimin
Günün Zikri: Çərşənbə axşamıSonÜmid TV
Canlı Video YayımdadırRadio SonÜmid
Canlı Audio Radio Yayımı
Hicri Qəməri Təqvim
B.E
Ç.A
Ç
C.A
C
Ş
B