Alqı-satqı və ticarət bölməsinə qayıt
İzləmə Kodu: SUAL-4ABB09
Alqı-satqı və ticarət
13.08.2026 03:37
Maşının kreditlə alınmasının hökmü nədi
Sual Verən:
İstifadəçi
Cavablandıran Mütəxəssis:
SonÜmid TV Şəri Mütəxəssis Heyəti
Sualın Mətni
"Sual: Maşının kreditlə alınmasının hökmü nədir, yeni və işlənmiş maşınları kreditlə müştərilərə satan bir çox maşın şirkətləri və rəsmi nümayəndəliklər müştəri maşını kreditlə almaq istəyərkən onun istəyini özləri ilə həmkarlıq edən kredit verən təşkilatlara təqdim edirlər ki, kredit verənlər də əsasən banklar və sığorta şirkətləridir. Bu şirkətlər də öz növbəsində kreditin müddətini nəzərə alaraq özləri üçün faiz dəyəri nəzərdə tuturlar və təbii olaraq müştərilər kreditləri təyin olunmuş müddətdə ödəməzsə, gecikməyə görə cərimə tətbiq edirlər. Faizlərin məbləği məsələn, müştərinin maddi dövriyyəsi ya gəlirinin miqdarı ya da kreditlərin ödənişində gecikmənin olmaması kimi mühüm amillər əsasında müəyyən edilir. Təbii olaraq məvacibi olan işçinin ödədiyi faizin məbləği 4%, 3,5% və ya 5% ya bir az az, ya bu miqdardan çox olur. Bu deyilənlər əsasında maşının kreditlə alınmasının hökmü nədir?"
Şəri Cavab
13.08.2026 03:37Əgər kredit verənlər əvvəlcə maşını nümayəndəlikdən alıb sonra müştəriyə kreditlə satırlarsa və faiz dəyərini sövdələşmədəki qiymətin bir hissəsi olaraq qərar verirlərsə, bu alğı-satqı düzdür. Amma gecikməyə görə cərimə təyin etmək haram və günahdır.
Yox əgər maşın şirkətləri və nümayəndəlikləri əvvəlcə maşını müştəriyə satır və əvəzində kredit verən təşkilatlar maşının pulunu maşın istehsalçısına və nümayəndəliyinə ödəyir və müştərilərdən kreditlə artıq pul alırlarsa, bu haramdır .
Bütün Fiqhi Bölümlər
Namaz Vaxtları (Bakı)
Aylıq Cədvəl →
Tarix: 17.08.2026
Şiə Fiqhi
Növbəti: Sübh
04:13
Sübh
04:13
Gün çıxır
05:53
Zöhr
12:45
Əsr
16:51
Məğrib
19:57
Gecəyarı
00:05
Aylıq Namaz Cədvəlinə Bax →
Fiqhi Sual Göndər
Şəri suallarınıza mütəxəssis cavabı
Həftənin Zikri (100 dəfə)
يَا قَاضِيَ الْحَاجَاتِ
Ya Qaziyəl Hacat
Günün Zikri: Bazar ertəsiSonÜmid TV
Canlı Video YayımdadırRadio SonÜmid
Canlı Audio Radio Yayımı
Hicri Qəməri Təqvim
B.E
Ç.A
Ç
C.A
C
Ş
B
Son İslami Xəbərlər
Arxiv →