Namaz bölməsinə qayıt İzləmə Kodu: SUAL-A2129B
Namaz 20.08.2026 00:02

Sübh namazını yatıb qəzaya vermiş şəxs, onun qəzasını zöhr namazından əvvəl qılmadırmı?

Sual Verən: İstifadəçi
Cavablandıran Mütəxəssis: SonÜmid TV Şəri Mütəxəssis Heyəti

Sualın Mətni

"Sübh namazını yatıb qəzaya vermiş şəxs, onun qəzasını zöhr namazından əvvəl qılmadırmı?"

Şəri Cavab

20.08.2026 00:02

Cavab 1: Əvvəlki günlərdən yalnız bir qəza namazı olan şəxsin, əvvəl o namazın qəzasını qılıb, sonra əda namazına başlaması ehtiyata əsasən vacibdir, xüsusilə əgər o qəza namazı həmin günə aiddirsə.
Cavab 2: Əvvəlki günlərdən yalnız bir namazı qəzaya vermiş şəxs üçün müstəhəbb ehtiyatdır ki, – mümkün olan surətdə – əvvəlcə onun qəzasını qılsın, sonra həmin günün namazını qılsın. Həmçinin, əgər qabaqkı günlərdən qəza namazı olmasa, lakin həmin günün bir və ya daha artıq namazı qəza olmuşdursa, müstəhəbbdir ki, – mümkün olan surətdə – həmin günün qəza namazını əda namazından əvvəl qılsın. Hər iki surətdə əgər həmin günün namazının fəzilətli vaxtı ötəcəksə, yaxşı olar ki, həmin günün namazını qəzadan əvvəl qılsın.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs.1392

Cavab 3: Qəzaya getmiş bir və ya iki namazı həmin günün namazından öncə yerinə yetirmək vacib ehtiyatdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", m.1195

Cavab 4: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, həmin günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs.1364

Canlı Hava Proqnozu
7 Günlük
Bakı Hava məlumatı...
--°C Ətraflı Bax →
Tarix: 20.08.2026 Şiə Fiqhi
Növbəti: Sübh 04:17
Sübh 04:17
Gün çıxır 05:56
Zöhr 12:44
Əsr 16:49
Məğrib 19:52
Gecəyarı 00:05

Fiqhi Sual Göndər

Şəri suallarınıza mütəxəssis cavabı
Sual Ver
Həftənin Zikri (100 dəfə)

لاَ إِلَهَ إِلاَّ اللَّهُ الْمَلِكُ الْحَقُّ الْمُبِينُ

La İlahə İlləllahul Məlikul Həqqul Mubin

Günün Zikri: Cümə axşamı

SonÜmid TV

Canlı Video Yayımdadır
İzlə

Radio SonÜmid

Canlı Audio Radio Yayımı
Dinlə
Hicri Qəməri Təqvim
B.E
Ç.A
Ç
C.A
C
Ş
B