Namaz bölməsinə qayıt
İzləmə Kodu: SU-EB14-8516 Redaktə et
Namaz 09.09.2026 10:46

Qəza namazı

Sual Verən: Elsevər
Cavablandıran Mütəxəssis: SonÜmid TV Şəriət Heyəti

Sualın Mətni

"45 yaşımda namaza başlamışam o vaxta qədər bütün qəza namazlarını qalmalıyam?"

Şəri Cavab

09.09.2026 09:16

Bəli, əgər insan həddi-büluğa çatdıqdan sonra vacib namazlarını qılmayıbsa, həmin namazların qəzası onun öhdəsində qalır. Bu hökm həm kişiyə, həm də qadına aiddir.

Lakin insanın keçmiş illərdə neçə namaz qılmadığını dəqiq bilməsi vacib deyil. Əgər dəqiq say yadında deyilsə, qılmadığına əmin olduğu qədər qəza namazı qılması kifayətdir. Şübhəli və ehtimal olunan artıq miqdarı qılmaq vacib deyil.

Məsələn, bir kişi və ya xanım 45 yaşında namaza başlayıbsa və həddi-büluğdan etibarən namaz qılmayıbsa, həmin dövrdə qılmadığı vacib namazları tədricən qəza etməlidir. Bütün qəza namazlarını qısa müddətdə bitirmək məcburiyyətində deyil. İmkanı çatdığı qədər gündəlik namazlarla yanaşı qəza namazlarını da qılaraq zamanla öhdəsindən gələ bilər.

Qadınlar üçün mühüm qeyd: Heyz  günlərində qılınmayan namazların qəzası yoxdur. Buna görə xanım keçmiş qəza namazlarını hesablayarkən heyz müddətlərini nəzərə almalıdır.

Ən əsası isə insanın namaza başlaması böyük bir nemətdir. Keçmişə görə ümidsizliyə düşmək lazım deyil. İnsan səmimi tövbə edib bundan sonra namazlarını qoruyarsa və üzərində olan qəzaları imkan daxilində yerinə yetirərsə, Allahın rəhmətindən ümidini kəsməməlidir.

Allah heç bir bəndəsindən gücündən artıq bir şey istəmir. Əsas odur ki, insan bu gündən etibarən namazını tərk etməsin və keçmiş borclarını imkan daxilində tədricən ödəsin.


SonÜmid TV Şəriət Heyəti

İxtisas: İslam Fiqhi Və Əxlaqı Təhsil: BİU
Portal Üzrə Axtarış
Canlı Axtarış
Populyar Mövzular:
Canlı Hava Proqnozu
7 Günlük
Bakı Hava məlumatı...
--°C Ətraflı Bax →
Tarix: 09.09.2026 Şiə Fiqhi
Növbəti: Əsr 16:27
Sübh 04:44
Gün çıxır 06:16
Zöhr 12:38
Əsr 16:27
Məğrib 19:19
Gecəyarı 00:01

Fiqhi Sual Göndər

Şəri suallarınıza mütəxəssis cavabı
Sual Ver
Həftənin Zikri (100 dəfə)

يَا حَيُّ يَا قَيُّومُ

Ya Həyyu ya Qəyyum

Günün Zikri: Çərşənbə

SonÜmid TV

Canlı Video Yayımdadır
İzlə

Radio SonÜmid

Canlı Audio Radio Yayımı
Dinlə
Hicri Qəməri Təqvim
B.E
Ç.A
Ç
C.A
C
Ş
B