Müstəhəb namazlar

Gecə namazının qılınma qaydası

GECƏ NAMAZI (QISA)

GECƏ NAFİLƏSİ

Gecə nafiləsi səkkiz rəkətdir: hər iki rəkətdən sonra salam deyirsən, yəni gecə namazı iki rəkət-iki rəkət qılınır. Birinci iki rəkətdə hər rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsini oxu. Yaxud birinci rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsini və ikinci rəkətdə “Kafirun” surəsini oxu. Qalan altı rəkətdə isə “Həmd”dən sonra istədiyin surəni (məsələn, “Tövhid” surəsini) oxu. Həmçinin təkcə “Həmd” surəsini oxumaq da caizdir (icazə verilir).

Vacib namazlarda ikinci rəkətdə qunut tutmaq müstəhəb olduğu kimi, gecə namazında da ikinci rəkətdə qunut tutmaq müstəhəbdir.

ŞƏF NAMAZI

Səkkiz rəkət gecə namazından sonra iki rəkət “şəf” namazı qıl. Hər rəkətdə “Həmd”dən sonra “Tövhid” surəsini oxu. Bunun savabı Quranı xətm etməyə bərabərdir, çünki “Tövhid” surəsi Quranın üçdə biri ünvanındadır. Yaxud “şəf” namazının birinci rəkətində “Həmd”dən sonra “Nas” surəsini, ikinci rəkətində “Fələq” surəsini oxu.

VƏTR NAMAZI

Şəf namazını bitirdikdən sonra bir rəkət “vətr” namazını qıl. “Həmd”dən sonra “Tövhid” surəsini oxu. Yaxud “Həmd”dən sonra üç dəfə “Tövhid”, bir “Fələq” və bir “Nas” surəsini oxu.

“Vətr” namazında “Həmd” və “Surə”dən sonra qunut tut. Qunutda istədiyin duaları et, Allahdan dünya və axirət istəklərini istə.

Şeyx Tusi “Misbahul-mutəhəccid” kitabında yazır: ““Vətr” namazının qunutunda istədiyin duanı oxu. Bu qunutda oxuya biləcəyin dualar o qədər çoxdur ki, saya gəlmir.” Qunutda bu duanı oxuya bilərsən:

Lə ilə illəllahul həlimul kərim, lə iləhə illəllahul əliyyul əzim, subhanəllahi rabbis səmavatis səb və rəbbil ərəzinəs səb və ma fi hinnə və ma bəynəhunnə və ma fəvqahunnə və ma təhtəhunnə və huvə rabbul ərşil əzim və sələmun ələl mursəlinə vəl həmdulilləhi rabbil aləmin ya allahul ləzi ləysə kəmislihi şəy və huvəs səmiul bəsiru və salli əla muhəmmədin və ali muhəmməd.

لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْحَلِيْمُ الْكَرِيْمُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْعَلِىُّ الْعَظِيْمُ سُبْحَانَ اللّٰهِ رَبِّ السَّمٰوَاتِ السَّبْعِ وَ رَبِّ الْاَرَضِيْنَ السَّبْعِ وَ مَا فِيْهِنَّ وَ مَا بَيْنَهُنَّ وَ مَا فَوْقَهُنَّ وَ مَا تَحْتَهُنَّ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ وَ سَلَامٌ عَلَي الْمُرْسَلِيْنَ وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ يَا اَللهُ الَّذِيْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيْعُ الْبَصِيْرُ وَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔

O, həmçinin yazır: “Müstəhəbdir ki, insan qunutda Allah qorxusundan (və ya sevgisindən) ağlasın və ya kövrəlsin, mömin qardaşlar üçün dua etsin. Yaxşı olar ki, qırx möminin adını çəkib onlara dua etsin (onlar üçün bağışlanma istəsin). Çünki qırx möminə dua edənin duası müstəcab olar, inşallah.” Möminə bağışlanma diləmək üçün bu cümləni sonra möminin adını de:

Allahumməğfirli haza…  اَللّٰهُمَّ اغْفِرْ لِهٰذَا۔۔۔۔۔

Yaxşı olar ki, qunutda yetmiş dəfə deyəsən:

Əstəğfirullahə rabbi vətubu iləyh.        اَسْتَغْفِرُاللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔

Hədisə istinadən Həzrət Rəsulallah (s) “vitr” namazında yetmiş dəfə istiğfar edər və yeddi dəfə bu cümləni deyərdi:

Hazə məqamul əizi bikə minən nar.                    هٰذَا مَقامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ۔

Həmçinin hədisə istinadən, İmam Zeynul-abidin (ə) “vitr” namazında üç yüz dəfə deyərdi:

Əl əfv, əl əfv!              اَلْعَفْوَ اَلْعَفْوَ۔

Daha sonra bu cümlələri de:

Rabbiğfir li vərhəmni vətub ələyyə innəkə əntət təvvabul ğafurur rahim.              رَبِّ اغْفِرْلِىْ وَارْحَمْنِىْ وَ تُبْ عَلىَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الْغَفُوْرُ الرَّحِيْمُ۔

Sonra səcdəyə get və namazı başa çatdır. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Sonra üç dəfə bu zikri de:

Əlhəmduli rabbis sabəhil həmdu lifəliqil isbəh.        اَلْحَمْدُ لِرَبِّ الصَّبَاحِ الْحَمْدُ لِف

Yaxşı olar ki, Hazin duasını oxuyasınız.

Sonra səcdəyə get (bu böyük uğur üçün – gecə namazı qılmağa müvəffəq ola bildiyin üçün – şükür səcdəsi et) və beş dəfə de:

Subbuhun, quddusun, rabbul məlaikəti vər ruh.

Səcdədən qalxıb əyləş və “Ayətəl-kürsi”ni oxu. Daha sonra yenidən səcdəyə get və həmin zikri beş dəfə de.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir