Ayətullah Cavadi Amulinin nəzərində Siddiqeyi-Kubranın (s.ə) məqamı.
Alim buyurur: “Siddiqeyi-Kubra Həzrət Faimənin (s.ə) elə bir sünnəsi vardır ki, şəxsiyyətindən xəbər verir. Onun pak zatı başqa pak zatlar kimi Qurana taydır. Quranın işarələri və ibarələri vardır. Necə ki, İmam Hüseyn (ə) və İmam Sadiq (ə) buyurur, Quranın dörd hissəsi vardır və dörd dərəcəyə bölünür.
Birinci dərəcəsi Quran adı ilə bütün insanlar üçündür. Ondan üstünü Quranın işarələridir. Ondan üstünü Quranın lətifələridir. Quranın qalası – Quran həqiqətləridir ki, peyğəmbərlərə (ə) məxsusdur. Siddiqeyi-Kubra (s.ə) da müqəddəs zatdan olduğu üçün bəzi sünnələri vardır ki, ümumi insanlar ondan bəhrələnirlər. Bəzi sünnələri onun işarələrinə aiddir ki, xüsusi insanlar ondan istifadə edirlər. Bəzi sünnəsi lətifələrdəndir ki, xüsusilər ondan bəhrələnirlər. Bəziləri isə Fatimənin (s.ə) həqiqətlərinə aiddir ki, peyğəmbərlər istifadə edirlər. Ona görə də Xanım Qurana bərabər və tay olan şəxsiyyətlərdəndir”. (Erfan)/deyerler
Həzrət Zəhranın (s.ə) pak fitrətinin Quranla müqayisəsi
Oxşar yazılıar
Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında dünya mütəfəkkirlərinin fikirləri;
Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında dünya mütəfəkkirlərinin fikirləri; 1. Corc Jordak (Xristian alim və yazıçı) Corc Jordak Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında belə deyib: “Fatimənin şəxsiyyəti insanlıq aləmində özünəməxsus bir…
Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı
(Rəbiül-əvvəl ayının 10-u – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin…