İmam Əli (ə)

“HUD” SÜRƏSİNİN 17-Cİ AYƏSİNDƏ DEYİLƏN ŞAHİD KİMDİR?

“HUD” SÜRƏSİNİN 17-Cİ AYƏSİNDƏ DEYİLƏN ŞAHİD KİMDİR?

sual :

“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?

Qısa cavab:

Əksər təfsirçilərin fikrincə, “şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir.


Ətraflı cavab:

Yuxarıdakı ayədə oxuyuruq:

اَ فَمَنْ کانَ عَلى بَیِّنَه مِنْ رَبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِنْهُ وَ مِنْ قَبْلِهِ کِتابُ مُوسى اِماماً وَ رَحْمَهً

“Rəbbindən açıq-aydın bir dəlili olan, ardınca Allahdan bir şahid olan, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə ( kafirlər kimi ola bilərmi?)”

Təfsirçilərdən bəziləri yazır: “Burada məqsəd, ilahi vəhyinin qasidi Cəbraildir.” (1)

Başqa bir qrup isə yazır: “Burada məqsəd Peyğəmbərdir (s).”

Bəzilər də onu “Peyğəmbərin (s) dili” mənasında təfsir etmişlər. Halbuki “یَتْلُوه” (yətluhu) sözü, “تلاوت “ (tilavət) sözündən götürülüb “arxasınca gələn” mənasını deyil “qiraət” mənasını daşıyır.

Əksər təfsirçilərin fikrincə, ayədə həzrət Əli (ə) nəzərdə tutulur. Məsum imamlardan bizə çatan çoxsaylı hədislərdə və əhli-sünnənin bəzi təfsir kitablarında məhz bu məna vurğulanıb. Ayədə sözügedən şahid Əmirəl-möminindir. Yəni, Peyğəmbərə (s) və Qurana ilk iman gətirən şəxs həmişə onunla birgə olan, bir an o həzrətdən fədakarlığını əsirgəməyən və onu dəstəkləmək üçün son nəfəsədək çalışan məhz odur. (4)

“Bir hədisdə oxuyuruq ki, həzrət Əli (ə) buyurub: “Qüreyşdən olan şəxslərin hər biri üçün bir və ya bir neçə ayə nazil olub.” Bir nəfər dedi: “Ey Əmirəl-möminin! Sizin haqqınızda hansı ayə nazil olub?” İmam buyurdu: “Hud surəsindəki ayəni (Açıq-aydın bir dəlilə istinad edən və ardınca bir şahid gələn…) oxumamısanmı?

 اَفَمَنْ کانَ عَلى بَیِّنَه مِنْ رَبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِنْهُ

Peyğəmbərdə “açıq-aydın dəlil” var idi, “şahid” isə mən idim.” (5)

“Rəd” surəsinin sonuncu ayəsində də bir ifadə gözə dəyir ki, o da bu mənanı təsdiqləyir. Buyrurur:

وَ یَقُولُ الَّذینَ کَفَرُوا لَسْتَ مُرْسَلاً قُلْ کَفى بِاللّهِ شَهیداً بَیْنی وَ بَیْنَکُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ

Kafirlər deyirlər: “Sən göndərlimiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və kitab elmini bilənin şahid olması yetər.”

Şiə və əhli-sünnə vasitəsi ilə çatan bir çox hədislərdə belə oxuyuruq: “Kitab elmini bilən şəxs”də məqsəd həzrət Əlidir (ə). (6)

Bir məsələni xatırlamaq lazımdır ki, hansısa məktəbin düzlüyünü öyrənmək üçün ən yaxşı yol o məktəbin tərəfdarları, himayədarları və müdafiə edənlərinin vəziyyətini mütaliə etməkdir. Bir qrup pak, ayıq-sayıq, imanlı, xalis və təqvalı şəxsi bir rəhbər və məktəbin ətrafına toplandığını görəndə, həmin məktəb və həmin rəhbərdə yüksək həddə sədaqət və düzlük olduğunu anlayırıq. Lakin bir qrup fürsət axtaran, hiyləgər, imansız və təqvasızın bir məktəb və ya rəhbərin ətrafında toplandığını müşahidə etdikdə, o məktəbin düzlüyünə çox az inanmaq olar.

Diqqət yetirmək lazımdır ki, “şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir. (7)

Bu hədisdə təkcə məsumların adı deyilib. “Şahid” sözünün təkcə həzrət Əlinin (ə) adı ilə təfsir edilməsi onun seçilən ilk nümunə olmasıdır.


Qeydlər:

1.“Burhan” təfisiri, c. 2, səh. 211; “Nurus-səqəleyn”; “Qurtubi təfsiri”,c. 9, səh. 16; “Məcməul-bəyan” və digər təfsirlər; “Kafi”, c.1, səh. 190, 3-cü hədis (Darul-kutubil-islamiyyə); “Biharul-ənvar”, c. 35, səh. 393-394.

2. “Burhan” təfisiri, c. 2, səh. 211; “Nurus-səqəleyn”; “Qurtubi təfsiri”, c. 9, səh. 16; “Məcməul-bəyan” və digər təfsirlər; “Kafi”, c.1, səh. 190, 3-cü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir