14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN ƏBUBƏKİRDƏN İNCİKLİYİNƏ ETİRAZI

Ətraflı cavab:

İbn Teymiyyə yazır: “Fatimənin (s) Əbubəkrdən küsüb kənara çəkilməsi ona yaraşan iş deyildi. Buna görə hökumət rəhbərini qınamaq olmaz. Bu əmələ görə İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN ƏBUBƏKİRDƏN İNCİKLİYİNƏ ETİRAZIFatiməni (s) mədh etməkdənsə, onu qınamaq daha doğru olar. (1)

 

Cavabında deyilir: Əvvəla, Həzrət Fatimə (s) Quran ayələrinə və mötəbər hədislərə görə məsum insandır. Onun qəzəbi ilə Allah və peyğəmbər qəzəblənir. Belə ki, peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:

 

یا فاطمه! انّ الله یغضب لغضبک و یرضى لرضاک

“Ya Fatimə! Həqiqətən, Allah-taala sənin qəzəbinlə qəzəblənər və sənin razılığınla razı olar.”

 

Bu hədisi əhli-sünnə alimlərindən bir çoxu öz hədis kitablarında nəql etmişdir.Məsələn:

1. İbn Əbu Asim (2).
2. Hakim Nişapuri (3).
3. Əbülqasım Təbərani (4).
4. Dulabi (5).
5. İbn Əsakir. (6)
6. Muhibiddin Təbəri (7).
7. İbn Həcər Heysəmi. (8).

İkincisi, “Ya Fatimə! Allah-taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur” cümləsi əhli-sünnətin altı “səhih” kitabında olmasa da, Səhihi-Buxaridə ona bənzər ifadələr gözə dəyir.
Buxari öz sənədi ilə Müsəvvər ibn Məxrəmədən nəql edir ki, Allahın rəsulu (sallallahu əleyhi və alih) buyurdu:

 

فاطمه بضعه منّی فمن اغضبها فقد اغضبنی

Fatimə canımın bir parçasıdır. Onu incidən məni incitmişdir. (9)

Demək, peyğəmbər (s) qızı Fatimənin (s) incikliyi onun incikliyidir. Qurani-Kərimdə deyilir:

 

اِنَّ الَّذِینَ یُوْذُونَ اللهَ وَ رَسُولَهُ لَعَنَهُمُ اللهُ فِی الدُّنْیا وَالآْخِرَهِ وَ اَعَدَّ لَهُمْ عَذاباً مُهِیناً

 

Allahı və Onun Rəsulunu incidənləri Allah dünyada və axirətdə Öz rəhmətindən uzaqlaşdırmış və onlar üçün xaredici bir əzab hazırlamışdır.(11)


Qeydlər:

1. “Minhac əs-sunnə”, cild 4, səh. 244.
2. “Əl-ahad vəl-Məsani” cild 5, səh. 363.
3. “Müstədrək əla əs-səhiheyn”, cild 3, səh. 167.
4. “Əl-mocəm əl-kəbir”, cild 1, səh. 108 və cild 22, səh. 401.
5. “Əz-zəriətu tahirə”, cild 1, səh. 120.
6. ” Tarixi Dəməşq”, cild 3, səh. 156.
7. ” Zəxair əl-uqba”, cild 1, səh 39.
8. “Məcməuz-zəvaid”, cild 9, səh. 203.
9. “Səhihi Buxari”, cild 3, səh. 1361.
10. “Əhzab” surəsi, ayə 57.
11. Əli Əsgər Rizvani, “Sələfigəri və pasox be şübəhat”, səh. 112.

 


Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir