İmam Həsən Әsgərinin (ə) şəhadəti günü
Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır.

İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. (İləlüş-şərayi, c.1, səh.230.) O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, (Dəlailül-imamət, səh.223.) künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır. Hicrətin 260-cı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. (Əl-İrşad, səh.345.)