İmam Hüseyn əleyhissalam və ailə

İnsan ictimai varlıqdır, odur ki, heç bir insan təkbaşına və təşkilatsız yaşaya bilməz. Təşkilat və quruluşların hansının ən mühüm və daha lazım olması barədə müxtəlif nəzərlər vardır.

İslam dininə görə Allah yanında ən sevimli və ən əziz quruluş ailə quruluşudur. Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

İslama görə evli (ailəli) insanın qıldığı iki rəkət namaz subay adamın qıldığı namazdan yetmiş dəfə üstündür. Başqa bir hədisdə imam Cəfər Sadiq əleyhissalam buyurur:

İslam dininin İlahi göstərişlərinə ilk əməl edənlər həzrət Muhəmməd (s) və o həzrətin Əhli-beyti (ə) olmuşlar. Odur ki, məsum rəhbərlər (onların hamısına Allahın salamı olsun) Allaha və axirət gününə inananlar üçün ən gözəl nümunə və örnəkdirlər.
İmam Hüseyn (ə) da o məsum rəhbərlərdən biridir. O həzrət ailəcanlı və ailəsinə sadiq olmaqda zamanın nümunəsi idi. İmam Hüseyn əleyhissalam buyurur:
Rübab imam Hüseyn əleyhissalamın həyat yoldaşı, Səkinə isə imam Hüseynin (ə) qızıdır.
Fikir verin, dostlar, imam Hüseyn (ə) ailəsini o qədər çox sevir ki, onlar yaşayan ev İmamın sevimlisinə çevrilir. Bu hədisdə sevginin istiqamətinin evə təyin edilməsinin mənası budur ki, həmin evdə olan Rübab və Səkinəyə olan sevgi bütün evi, yəni evin içini də çölünü də imam Hüseyn (ə) əleyhissalam üçün sevimli etmişdir.
Həmçinin imam Hüseyn əleyhissalam Kərbəla hərəkatı zamanı Aşura gecəsi söylədiyi məşhur çıxışında buyurub:
Odur ki, imam Hüseyn əleyhissalam hamımız üçün nümunədir, bəs biz özümüzü o həzrətə oxşada bilmişikmi? Biz həyat yoldaşımız və ailəmizi sevirikmi? Ailəsini və evini sevən insan hər gecə saat 12 və ya 1-ə qədər çayxanalarda vaxtını boşuna keçirməz, zəruri işləri olmadığı təqdirdə evinə tez çatmağa can atar.
Bax, bu, İslamın və məsum rəhbərlərin (onların hamısına Allahın salamı olsun) evlilik və ailəyə verdiyi dəyərdir.
Amma təəssüf ki, hazırkı zamanda imperializmin təbliğat maşınları tərəfindən gecə-gündüz ailə quruluşuna və evliliyə qarşı güclü təbliğatlar gedir. Onlar evlənməni azadlıqdan məhrum olmaq, asılılıq və problemlərin qaynağı kimi təqdim edirlər ki, təki ailələr dağılsın, insanlar tüfeyli və məsuliyyətsiz olsunlar, düşmənlər də çox rahatlıqla insanları ehtiras, qəzəb və şeytanın əsirinə çevirə bilsinlər. Əxlaqsızlıq, həyasızlıq, günah və pislikləri yaymaqla cəmiyyətlərin vəhdət və birliyini sındırsınlar, cəmiyyətin fərdləri arasında ixtilaf və düşmənçilik toxumları səpsinlər.

ما بني في الاسلام بناء أحبّ إلي اللَّه عزّوجلّ و أعزّ من التّزويج

“İslam dininə görə heç bir bina və quruluş Allah yanında evlənmməkdən daha sevimli deyil.” (Məkarimul-əxlaq 196-cı səhifə)

إن الله عز وجل يحب البيت الذي فيه العرس

“Allah Taala o evi sevir ki, həmin evdə gəlin (və toy) olsun.” (əl-Kafi 6-cı cild 54-cü səhifə)

احب بيتا فيه رباب و سكينه

“Rübab və Səkinə olan evi mən çox sevirəm.

و لا اهل بيت ابر و لا اوصل من اهل بيتي

“Mən öz ailəmi ən yaxşı və ən mehriban ailə bilirəm.”

 

Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir