İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
.
Peyğəmbərin (s) düşmənləri tərəfindən imam Hüseynin (ə) Kərbəla hərəkatına qarşı yayılan azdırıcı şübhələrdən biri də o həzrətin qatillərinin şiələr olduğu ilə bağlıdır. Burada həmin şübhəyə qısa şəkildə cavab veririk.
.
1- Bu şübhəni yayanlar “şiə” sözünün mənasından xəbərsizdir.
.
Birinci məsələ kimlərin “şiə” olması məsələsidir. Şiə, yəni “Allaha, Peyğəmbərə (s), Fatimeyi-Zəhraya (ə) və on iki İmama (ə) itaət edən şəxs.”
Qurani-kərim Nisa surəsinin 54-cü ayəsində buyurur:
أَمْ يحَسُدُونَ النَّاسَ عَلىَ مَا ءَاتَئهُمُ اللَّهُ مِن فَضْلِهِ فَقَدْ ءَاتَيْنَا ءَالَ إِبْرَاهِيمَ الْكِتَابَ وَ الحْكْمَةَ وَ ءَاتَيْنَاهُم مُّلْكا عَظِيمًا
“Bununla belə, onlar Allahın insanlara (Peyğəmbərə və əhli-beytə) Öz fəzlindən verdiyi şeylərə (üstünlüklərə) görə paxıllıq edirlər. Halbuki biz bundan əvvəl İbrahimin özladlarına da (İlahi) kitab, hikmət (risalət) vermişdik, eləcə də onlara əzəmətli mülk bəxş etmişdik.”
Bu ayənin təfsiri ilə əlaqədar nəql edilmiş bir hədisdə imam Məhəmməd Baqir əleyhissalamdan bu ayə barəsində soruşulduqda o həzrət buyurur: “Bu ayədə barəsində paxıllıq edilənlər bizik… Kitab Qurani-kərim, hikmət isə risalətdir. Necə olur ki, insanlar Ali İbrahimi qəbul edir, ancaq Ali Muhəmmədi inkar edirlər?!… “Əzəmətli mülk” isə budur ki,Allah həzrət Muhəmmədin (s) nəslindən İmamlar qərar vermişdir. İmamlara itaət edən Allaha itaət edir, İmamlara asi olan (onlara qarşı çıxan) isə Allaha üsyan etmişdir.”
Bax: əl-Burhan təfsiri 2-ci cild 93-cü səhifə.
Bir şəxs əgər İmama tabe deyilsə, deməli o şiə deyil. Şiə, tabeçilik və itaətlə müşayiət olunun tərəfdarlıqdır. Necə ki, Qurani-kərim Saffat surəsinin 83-cü ayəsində buyurur:
وَ إِنَّ مِن شِيعَتِهِ لَابْرَاهِيمَ
“Onun şiələrindən biri də İbrahim (peyğəmbər) idi.”
Gördüyünüz kimi Qurani-kərim buyurur ki, həzrət İbrahim şiə idi. Qurani-kərimin zahirinə əsasən İbrahim həzrət Huh peyğımbərin şiəsi idi.
Deməli, İmam Hüseyn əleyhissalamın qarşısında dayanıb onu öldürmək, qızlarını əsir götürmək, malik olduqları şeyləri qənimət kimi ələ keçirmək istəyənlər şiə ola bilməzlər. Şiə, imam Hüseyn əleyhissalamın yanında olanlardırlar, onun əleyhinə olanlar yox.
.
2- İmam Hüseyn əleyhissalamın qatilləri və o həzrətin qarşısında durmuş Yezid ordusu Ali-Əbu Sufyanın (Müaviyənin nəslinin) şiələri idilər.
.
İmam Hüseyn əleyhissalam aşura günü üzünü otuz min nəfərlik düşmən ordusuna tutub fəryad edərək buyurur:
فَصَاحَ وَیْلَکُمْ یَا شِیعَةَ آلِ أَبِی سُفْیَانَ إِنْ لَمْ یَکُنْ لَکُمْ دِینٌ وَ کُنْتُمْ لَا تَخَافُونَ الْمَعَادَ فَکُونُوا أَحْرَاراً فِی دُنْیَاکُم
“Vay olsun sizə, ey Əbu-Sufyanın nəslinin şiələri! Əgər dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, elə isə dünyanızda azad (insan) olun.”
Ləvaicul əşcan 185-ci səhifə
.
3- Əhli sünnə yalnız İmam Hüseyn əleyhissalamın dostlarını şiə sayırlar.
.
Ömər Sədin qoşünunda olan Üzrə adlı şəxs Züheyr ibn Qini (imam Hüseyn əleyhissalamın dostunu) səsləyərək dedi:
یا زهیر ما کنت عندنا من شیعه اهل هذا البیت انما کنت عثمانیا
“… ey Züheyr, sən bizim yanımızda olduğun vaxtlar bu əhli-beytin şiəsi deyildin axı, sən osmanın (şiəsi) idin.”
Tarixi Təbəri 4-cü cild 316-cı səhifə
.
4- Kufədə şiələr azlıq təşkil edirdilər.
.
Kufə şəhəri heç də çoxlarının düşündüyü kimi şiə şəhəri deyildi. Tarixi sənədlərə əsasən Kufənin 150.000 –dən 200.000-ə qədər əhalisi vardı ki, onların 15.000 –i yaxud 20.000 –i şiə idi. İmam Həsən əleyhissalamın sülhündən sonra Müaviyə Kufəyə sahib olu və qisaslara başladı. Yüzlərə şiəni öldürdü, 5.000-ə yaxın şiə şəhərdən çıxıb başqa yerlərə üz tutdu. Bundan əlavə Kufənin valisi Ubeydullah ibn Ziyad şiələrin imam Hüseyn əleyhissalama kömək edəcəklərini düşünərək 4000-ə yaxın şiəni həbs edərək zindana salmışdı…
Kufənin əhalisinin əksəriyyəti ikici xəlifənin tərəfdarları idi.
Belə ki, əhli sünnənin dahi alimlərindən olmuş və Nəhcül-bəlağəyə şərh yazmış İbn Əbil Hədid yazır:
“İmam Əli əleyhissalam Kufə əhalisinə Ramazan ayında təravih namazını fərdi şəkildə qıldıra bilmədi, onlara “Allahın Rəsulu (s) müstəhəbbi namazları camaatla qılmağı qadağan edib” deməsinə baxmayaraq, məsciddəki insanlar “təravih namazını camaatla qılmaq ikinci xəlifənin sünnəsidir” dedilər.”
Şərhu nəhcul bəlağə 12-ci cild 283-cü səhifə
.
5- Kufə qoşunundakıların çoxu Osmanın tərəfdarları idilər.
.
Məhərrəm ayının 7-si Yezidin ordusu İbn Ziyadın göstərişi ilə suyun (fərat çayının) qarşısını kəsəndə imam Hüseyn əleyhissalamın dostu Bureyr onlara dedi:
و هذه ماء الفرات تقع فیه خنازیر السواد و کلابه قد حیل بینه و بین ابن رسول الله
“… bu fərat çayından çirkli donuzlar və itlər asanlıqla su içirlər, halbuki siz bu çay ilə Allahın Peyğəmbərinin (s) övladı arasında maneə yaratmısınız.”
Onlar Bureyrə dedilər:
یا بریر قد اکثرت الکلام فاکفف والله لیعطش الحسین کما عطش من کان فیه یعنی عثمان
“Ey Bureyr, nə çox danışdın, kəs səsini. And olsun Allaha, Hüseyn susuz qalacaq, necə ki, ondan əvvəlki, yəni Osman susuz qalmışdı.”
.
6- Kufəlilərin imam Hüseyn əleyhissalama makrub yazmaqları onları şiəliklərinə dəlil deyil.
.
O məktubu yazanların biri Şəbəs ibn Rəbi idi. Ümumiyyətlə çoxları elə bilirdilər ki, imam Hüseyn əleyhissalam Kufəyə gəlib başçılıq edəcək və Yezidin hakimiyyətini devirib özü xəlifə olacaq. Ona görə də əvvəlcədən bunlar özlərini yaxşı etmək və gələcəkdə məqama sahib olmaq üçün imam Hüseyn əleyhissalama məktub yazdılar.
.
7- İndiyə qədər heç bir tarix kitabı Yezidin ordusunun sərkərdə və komandirlərindən kiminsə şiə olduğunu yazmayıb.
.
İbn Ziyad, Ömər Səd, Şəbəs ibn Rəbi, Həsin ibn Nəmir, Şimr ibn Zillcövşən və sair sərkərdə və komandirlərin heç birini şiəliyə nisbət verən olmayıb. Heç bir sənəddə bunları hansınasa şiə ya rafizi deyə yazılmış bir şey yoxdur.
Şiə sözünün xüsusi mənası, yəni həqiqi şiə Əhli-beyti (ə) sevmək və onların düşmənləri ilə düşmənçilik etməkdir.
İmam Əli ən-Nəqi əleyhissalamdan nəql edilmiş “Camieyi-Kəbirə” ziyarətnaməsində oxuyuruq:
انی محقق لما حققتم و مبطل لما ابطلتم
“Sizin haqq saydıqlarınızı mən də haqq sayıram, sizin batil hesab etdiklərinizi mən də batil hesab edirəm.”
Belə bir əqidəyə malik olan şəxs Ömər Sədin qoşununda olmayıb.
Şiə sözünün ümumi mənada izahı isə budur:
“Onlar Əhli-beyti sevir, amma əhli-beytin (ə) düşmənlərini də ya sevir ya da sevməsə də düşmən də deyillər.” Hətta nə qədər qeyri-müsəlmanlar var ki, əhli-
beytin (ə) aşiqi olmuşlar, amma əhli-beytə (ə) itaət etməyiblər, onların imamətini qəbul etməyiblər və onların düşmənləri ilə düşmənçilik etməyiblər.