14-Məsum (Əhli-Beyt)İmam Museyi-Kazim (ə)

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazim əleyhissəlamın mövludu və dünyaya gəlişi münasibəti ilə başda İmam Zaman, Allahın salamı olsun ona, olmağla əziz həmvətənlərimizi və izləyiclərimizi təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq.
Müsəlmanların 7-ci imamı həzrət Musa ibn Cəfər əleyhissəlam çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim əleyhissəlam hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir.
İmam Kazım əleyhissəlam 55 il ömür sürmüş, onun 35 ilini ümmətə imamlıq etmişdir.
İmam əleyhissəlamın həyat dövrü Əməvilərin süqutu, Abbasilərin qüdrət əldə etdiyi vaxtlara təsadüf edir. İmam əleyhissəlam ,4 Abbasi xəlifəsi ilə həmzaman olub və 35 illik imamət dövrünün böyük hissəsini zindanlarda keçirib. Demək olar ki, İmam Kazim əleyhissəlam həmzamanı olduğu 4 Abbasi xəlifəsinin dördünün də zamanında çətin həyat yaşamışdır. Xüsusən də Mənsur Dəvaniqi hakimiyyəti dövrünə təsadüf edən 22 illik imamət dovrü İmam əleyhissəlamın həyatının ən ağır dövrü hesab olunur.
O cənəab, digər xəlifələrin zamanında nəzarət altında yaşasa da Harun Ər-Rəşid zamanında bu nəzarət zindan həyatı ilə əvəz oldu. Hicrətin 179-cu ilində İmam əleyhissəlam , Abbasilərin zalim və qəddar xəlifələrindən biri olan Harun ər-Rəşidin göstərişi ilə həbs edilir və məcbur şəkildə Bəsrəyə sürgün edilir. Harun, İmam əleyhissəlamı şəxsən Bəsrə hakimi İsa ibn Cəfərin zindanına saldırır və ona tapşırır. Lakin Bəsrə hakimi Haruna məktub yazaraq İmam əleyhissəlamı başqa yerə göndərilməsi üçün xahiş edir. Harun onun bu istəyini qəbul edərək İmam əleyhissəlamı Bağdada sürgün etdirir.
Bütün bu həbs və təzyiqlərə baxmayaraq İmam Kazım əleyhissəlam öz dostları ilə əlaqə saxlayır, möninlərin Allahın kitabı ilə və Peyğəmbər Səlavatullah sünnəsi ilə bağlı bütün sualları cavablandırırdı. Allah dinini hər növ daxili və xarici müdaxilədən, xüsusən də qərb və ateis düşüncələrin hücumundan qoruyurdu.
Bütün bu kimi fəaliyyətlər daim zalim və qəsbkar xəlifələri, onların havadarlarını narahat edirdi. Bu səbəbdən onlar daim imam əleyhissəlamı gözdən salmağa, onun etibarını zədələmək üçün müxtəlif hiylələrə əl atırdılar. Bütün hiylələrinə baxmayaraq ilahi elm sahibi olan O böyuk zatın qarşısında daim məğlub olur, çıxış yolunu İmam əleyhissəlamı qətlində görürdülər.
Hicrətin 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmam əleyhissəlamı zəhərləyib şəhadətə yetirir.
Hazırda İmam əleyhissəlamın mübarək mazarı İraqın Bağdad şəhərinin 10 kilometrliyində Kazimeyn məntəqəsində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir