İmam Rza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?

İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir… İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır… İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir… İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir… İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.


” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir