14-Məsum (Əhli-Beyt)İmam Cəfər Sadiq (ə)

İmam Sadiqin (ə) Qur’an ilə sünnənin əhatəliliyi barəsində dediyi kəlam

Əbu Usamə:«İmam Sadiqin (ə) xidmətində idim. Müğeyriyyədən 1 də bir kişi orada idi. O, İmamdan (ə) sünnə haqda soruşdu. İmam (ə) buyurdu:«İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sünnə (göstəriş) verilməsin. Əgər belə olmasaydı Allah-taala gətirdiyi höccətlərlə bizə höccətləri təqdim etməzdi. Müğeyriyyədən olan kişi soruşdu:«Allah-taala bizə höccəti nə ilə göstərmişdir?» İmam Sadiq (ə) buyurdu:«Allah-taala buyurduğu «Bu gün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım» sözlərilə.» 2


1 Müğeyriyyə – bir məzhəbin adıdır

2 Biharul-Ənvar, c.2, səh.169, hədis3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir