14-Məsum (Əhli-Beyt)İmam Hüseyn (ə)

İmama ilk dəfə növhə oxuyan şəxs

O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu
Bu, Aşura gününün günortasından çağlamağa başlayan qaynar bir bulaqdır. O zaman bir mənbəyə əsasən, Zeynəb-Kübra “Təll-Zeynəbiyyə”də – yəni Zeynəbiyyə yüksəkliyində Peyğəmbərə (s) müraciətlə belə dedi:
“Ey Məhəmməd! Allahın salamı olsun sənə! Bu sənin Hüseynindir. O, qanına boyanıb, bədən üzvləri kəsilib…”.
O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu, gizli saxlamaq istədikləri hadisəni uca səslə dedi. İmamın bu böyük bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə uca səslə Aşura hadisəsini bəyan etdi. Bu bulaq o zamandan çağlamağa başladı və bu günə qədər də çağlayır. Bu, Aşura hadisəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir