Müsəlmanın həyat tərzi

KİM YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLASA?

YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLAMAQ

Peyğəmbər (s) buyurur: “Kim süfrənin qırıntılarını yesə, Allah onu bağışlayar” 1

O həzrət (s) Əmirülmömininə (ə) buyurur: “Süfrənə tökülən yeməyi ye, çünki yoxsulluğu səndən uzaq edər. O, hurinin mehridir (kəbin haqqıdır). Kim onu yesə, qəlbi bilik, hövsələ, iman və nur ilə dolar”2

Əmirülmöminin (ə) buyurur: “Süfrədəki qırıntıları yeyin, çünki onlar hər dərdin dərmanıdır.3

Ravi nəql edir: “İmam Cavadın yanında xörək yeməyə başladım. Süfrəni yığışdırdıqdan sonra xidmətçi yemək qırıntılarını toplamağa gəldi. Həzrət Cavad (ə) ona buyurdu: “Çöldə (səhrada) süfrədən tökülmüş qırıntıları, hətta qoyun budu olsa da, toplamayın. Evdə isə diqqətlə yığın .4

  • 1“Əl-Came əs-səğir” с.
  • 2, sәһ. 587, 2 2 “Əd-Dəəvat” səh, 154. 3
  • 3“Tühəf əl-üqul” səh. 103.
  • 4 “Əl-Fəqih” c. 3, səh. 356. 5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir