İmam Əli (ə) bir gün Kufəyə tərəf hərəkət edir. Bir kafir ilə yol yoldaşı olur. Həmin kişi İmamdan (ə) soruşur ki, hara gedirsən? İmam (ə) cavab verir ki, Kufəyə gedirəm. O zaman ki, iki yol ayrıcına gəlib çatırlar, bir-birindən ayrılmaq istəyirlər, İmam (ə) öz yolundan xaric olur və onun yolu ilə getməyə başlayır.
Kafir kişi deyir: “Məgər Kufəyə getmirsən?”.
İmam (ə) buyurur: “Bəli, Kufəyə gedirəm”.
Kişi deyir: “Bəs niyə Kufə yolunu buraxdın?”.
İmam (ə) buyurur: “Bu, gözəl yoldaşlığın kamalıdır ki, yol yoldaşını bir neçə addım ötürəsən. Bu, Peyğəmbərin (s) bizə verdiyi göstərişdir”.
Kişi deyir: “Sizin Peyğəmbər (s) belə göstəriş veribdir?”.
İmam (ə) buyurur: “Bəli”.
Kişi deyir: “Deməli, hər kim onun ardıcılı olubdur, bu böyük rəftarına görə olmuşdur. Mən səni şahid tuturam ki, sənin dininin ardıcılı olum”.
Bu zaman İmamla (ə) birlikdə Kufəyə gəlir və onu tanıyan zaman İslam dinini qəbul edir.