Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik: Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu: “Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz.” Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib. Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.
Peyğəmbər (s) kimi yaşamaq istəyənlər dinləsinlər!
Oxşar yazılıar
Sevinc də, kədər də, çətinliklər də bir gün sona çatacaq.
Bu dünya müvəqqətidir. Sevinc də, kədər də, çətinliklər də bir gün sona çatacaq. Dünyanı tanıyan insan bunu anlayar və problemlərə görə qüssələnməz. Çünki bilir ki, hər çətinlik Allaha yaxınlaşmaq üçün…
Keçmişin yükünü burax və özünü azad hiss et.
Bəlkə də gedən bir şey üçün kədərlənirsən. Amma bir düşün: o şey sənin üçün yük idimi, yoxsa azadlıq? Bəzən sıx-sıx sarıldığımız şeylər, əslində, bizə lazım olmayan ağırlıqlardır. Keçmişi geri qaytarmaq…