14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Peyğəmbər (s) – Şölələnən çıraq

Hikmət sahibləri nur haqqında deyir: Nur özü üçün aşkar olan və özündən qeyrilərini aşkarlayan bir həqiqətdir. Quran İslam Peyğəmbərinin (s) müqəddəs vücudunu “siracun munir”, yəni şölələnən çıraq adlandırır:


 

“Ey peyğəmbər! Həqiqətən, biz səni (ümmətə) şahid, müjdə gətirən, qorxudan kimi göndərdik. Səni Allahın əmri ilə ona doğru dəvət edən, şölələnən çıraq qərar verdik.” Həzrət öz varlığını işıqlandıran və özündən qeyrilərinə işıq verən bir nur idi. O bütün varlıq həqiqəti ilə, zahir və batinlə vücudi bağlılıqla kamil aydınlıq və mərifətə malik idi. O çox səy göstərirdi ki, başqalarını da özü kimi varlıq həqiqəti, zahir və batinlə bağlılıq gerçəkliyi ilə tanış etsin. Bəli, nur hikmət sahiblərinin bildirdiyi kimi bu : “Nur öz zatında zahir olan və özündən qeyrisini aşkar edən bir keyfiyyətdir.”
Mehriban Allah həzrət Məhəmmədin (s) parlaq vücudunu, bir çox mötəbər rəvayətlərə əsasən, bütün mövcudlardan öncə yaratdı. Sonra bütün nur, ağıl, ruh, məna, maddə həqiqətləri bu nurdan ərsəyə gəldi. Onun nuru bərəkətindən zülmət pərdələri kənara çəkildi. Allah peyğəmbəri özü ilə bütün mövcudlar arasında vasitə qərar verdi. “Əhzab” surəsinin 46-cı ayəsinə əsasən, həzrət (s) günəş kimi tanıtdırılır. Necə də gözəl təşbehdir! “Mən “günəşəm” söylənilir. Günəş təbiət aləmində günəş sisteminin yaranış mənbəyidir. Bu sistemdəki planetlər günəş sayəsində vücuda gəlib. Yer, Merkuri, Venera və başqa planetlər bir vaxt günəşdən ayrılmışlar.


Allah günəş sistemini bugünkü formasında yaratmaq qərarına gəldiyi vaxt günəşdə böyük bir partlayış baş vermiş, ondan ayrılan hissələr xüsusi orbitlərdə günəşə cəzb olunaraq hərəkətə başlamışlar.
Peyğəmbərin (s) nuru hər nədən öncə yaradılmışdır. Allahın iradəsi ilə bütün həqiqətlər bu nurdan qaynaqlanır. Varlıq aləmi Məhəmməd nurunun bərəkəti ilə yaşayır.


Günəş sistemindəki digər planetlər günəşin vücudundandır. Varlıq aləmindəki mövcudlar da öz növbəsində Peyğəmbərin (s) varlıq günəşindən ərsəyə gəlmişlər. Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə bu mənaya işarə olunur: “Mən günəşəm, Əli (ə) aydır, Fatimə (s.ə.) zöhrədir (venera) Həsən (ə) və Hüseyn (ə) iki başqa ulduzdur.” Bu rəvayət peyğəmbər kimi fəsahətli və bəlağətli natiqin dilindəki maraqlı təşbehlərdəndir. Rəvayətdə batini bir həqiqət təbii bir həqiqətlə müqayisə olunur. Bu yolla insanlara çatdırılır ki, Məhəmməd (s) həqiqəti günəş kimi digər varlıqların ərsəyə gəlməsinin səbəbidir. Bütün varlıq ona borcludur və onun bütün varlıq üzərində mənəvi və maddi haqqı var. Allah-təala da öz buyuruqlarında bu nöqtəyə işarə etmişdir: “Allaha və peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun”; “Bilin ki, qənimət və fayda olaraq əldə etdiyiniz hər bir şeyin beşdə biri Allahın, Onun rəsulunun və rəsulunun yaxınlarınındır.”
Bəli, bütün nemətlər Allahın izni ilə peyğəmbərin ixtiyarındadır. Hər bir varlıq peyğəmbər süfrəsindən faydalanır. Buna görə də, kamil şəkildə onun haqları yerinə yetirilməlidir. Bilməliyik ki, bu işdə də fayda insanların özünə qayıdır. Qurani-kərimdə oxuyuruq: “Sizdən istədiyimiz hər bir muzd özünüz üçündür…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir