14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Peyğəmbərimizə (s) ən çox bənzəmək istəyənin xüsusiyyətləri

İmam Səccad (ə) buyurur: “Hər kimin bu dörd sifəti olar, imanı kamil və günahları bağışlanmış olar. Allahla o halda görüşər ki, ondan razı olar.

1. Özünə hakim olmaq və İlahi təqva sifətidir ki, gözlənti olmadan və gözə girmək (niyyəti) olmadan insanlara xidmət etmək.

2. Həyatının bütün sahələrində insanlara qarşı düz danışan və sədaqətli olmaq.

3. Bütün dini və ürfi çirkinliklərə qarşı pak ətəkli və həyalı olmaq.

4. Ailəsi ilə xoş əxlaq və xoş rəftar olmaq”.

Həqiqi möminin nişanələrini tanıdan hədisdə İmam Sadiq (ə) buyurur: “(Mömin) dində güclüdür. Mülayim olması ilə yanaşı, həm də uzaqgörəndir”. (Həvzəh)

İnsana nicat verə bilən xüsusiyyətlərin açıqlayan hədisdə İmam Səccad (ə) buyurur: “Üç şey insanın nicatına səbəb olar:

1. Dilini insanların qeybətindən və (onlara görə) pis sözlərdən saxlamaq.

2. Özünü o işlərlə məşğul etmək ki, dünya və axirət üçün faydalıdır.

3. Həmişə xata və səhvlərə görə narahat və ağlayan olmaq”.

Digər hədisdə Peyğəmbərimizə (s) ən çox bənzəyən insanlar tanıdılır.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə ən çox bənzəyən şəxslə tanış edimmi?”. Deyirlər: “Bəli, ya Rəsulallah!”.

Həzrət (s) buyurur: “Hər kim xoş əxlaq, mülayim, qohumlarına qarşı yaxşılıq edən, din qardaşlarını sevən, haqqa səbirli, qəzəbini yatızdıran və güzəşt edən olarsa (həmin şəxs mənə ən çox bənzəyən insandır)”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir