14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur?

Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan)

İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”.

Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”.

Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı.

Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”.

Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3).

Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”.

Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”.

Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”.

Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər.

Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı.

“Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227).

Allah pənah aparırıq bütün fitnələrdən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir