Müsəlmanın həyat tərzi

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267).

2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265).

3). Gizli verilməsi daha yaxşıdır. (Bəqərə/271).

4). Sədəqə alana minnət qoyulmamalı, sədəqə alması onun fiziki və mənəvi əzab, əziyyət və incikliyinə səbəb olmamalıdır. (Bəqərə/264).

5). Sədəqə verən özünü həmin sədəqənin maliki təsəvvür etməməli və özünü Allah ilə bəndə arasında vasitəçidən daha artıq bir şəxs kimi görməməlidir. (Hədid/7).

6). İnsan sədəqəni ən çox sevdiyi malından və ürəyindən çıxmayan miqdardan verməlidir. (Ali-İmran/92).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir