Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
21

Əl-Ənbiya Surəsi

112 Ayə 17-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الأنبياء Ayətəllah Mişkini Tərcüməsi

Əl-Ənbiya Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Ənbiya Surəsi, Ayə 1

ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍۢ مُّعْرِضُونَ ﴿1﴾

Mişkini Tərcüməsi: İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.
2 Əl-Ənbiya Surəsi, Ayə 2

مَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ ﴿2﴾

Mişkini Tərcüməsi: Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Quran və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).
3 Əl-Ənbiya Surəsi, Ayə 3

لَاهِيَةًۭ قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ ﴿3﴾

Mişkini Tərcüməsi: (Vəhy və Qurana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimin bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).
4 Əl-Ənbiya Surəsi, Ayə 4

قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿4﴾

Mişkini Tərcüməsi: (Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir».
5 Əl-Ənbiya Surəsi, Ayə 5

بَلْ قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌۭ فَلْيَأْتِنَا بِـَٔايَةٍۢ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ ﴿5﴾

Mişkini Tərcüməsi: Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin».
6 Əl-Ənbiya Surəsi, Ayə 6

مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ ﴿6﴾

Mişkini Tərcüməsi: Onlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?!
7 Əl-Ənbiya Surəsi, Ayə 7

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ ﴿7﴾

Mişkini Tərcüməsi: Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.
8 Əl-Ənbiya Surəsi, Ayə 8

وَمَا جَعَلْنَٰهُمْ جَسَدًۭا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَٰلِدِينَ ﴿8﴾

Mişkini Tərcüməsi: Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).
9 Əl-Ənbiya Surəsi, Ayə 9

ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ ﴿9﴾

Mişkini Tərcüməsi: Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik. 21|10| Həqiqətən, Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!
11 Əl-Ənbiya Surəsi, Ayə 11

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍۢ كَانَتْ ظَالِمَةًۭ وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ ﴿11﴾

Mişkini Tərcüməsi: Biz (şirk, küfr və günahlarda həddi aşmış) neçə-neçə zalım insan cəmiyyətlərini sarsıdıb məhv etdik və onlardan sonra başqa qövmlər yaratdıq.
12 Əl-Ənbiya Surəsi, Ayə 12

فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ ﴿12﴾

Mişkini Tərcüməsi: Beləliklə, Bizim əzabımızı hiss edən kimi dərhal tez ondan qaçırdılar.
13 Əl-Ənbiya Surəsi, Ayə 13

لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ ﴿13﴾

Mişkini Tərcüməsi: (Onlara zahirdə istehza ilə və ya batini dillə deyilirdi:) Qaçmayın və içində olduğunuz naz-nemətə və məskənlərinizə tərəf qayıdın, bəlkə sorğu-sual edildiniz (yoxsullar sizdən mal istəsinlər və siz verməyəsiniz, nökər və xadimlər sizdən haqlarını istəsinlər, siz də öz kibr və məğrurluğunuzu davam etdirəsiniz).
14 Əl-Ənbiya Surəsi, Ayə 14

قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿14﴾

Mişkini Tərcüməsi: Dedilər: «Vay olsun bizə! Doğrudan da biz zalım olmuşuq».
15 Əl-Ənbiya Surəsi, Ayə 15

فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ ﴿15﴾

Mişkini Tərcüməsi: Beləliklə, onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi.
16 Əl-Ənbiya Surəsi, Ayə 16

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ ﴿16﴾

Mişkini Tərcüməsi: Biz göyü və yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmamışıq.
17 Əl-Ənbiya Surəsi, Ayə 17

لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًۭا لَّٱتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ﴿17﴾

Mişkini Tərcüməsi: Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.
18 Əl-Ənbiya Surəsi, Ayə 18

بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌۭ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ ﴿18﴾

Mişkini Tərcüməsi: Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyininə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Quran ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!
19 Əl-Ənbiya Surəsi, Ayə 19

وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ ﴿19﴾

Mişkini Tərcüməsi: Göylərdə və yerdə olan hər bir şey və hər bir kəs Ona məxsusdur (çünki yaratmaq, idarə etmək və yox etmək – bunların hamısı – Onun ixtiyarındadır). Onun yanında olanlar (mələklərdən, həmçinin insan və cinlərin əməlisalehlərindən Onun dərgahına yaxın olanlar) Ona ibadət etməkdən heç vaxt boyun qaçırmazlar və heç vaxt yorulmaz, zəif düşməzlər.
20 Əl-Ənbiya Surəsi, Ayə 20

يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ ﴿20﴾

Mişkini Tərcüməsi: Onlar gecə-gündüz (Allahı) pak sifətlərlə mədh edər və heç vaxt süst olmazlar.
21 Əl-Ənbiya Surəsi, Ayə 21

أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةًۭ مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ ﴿21﴾

Mişkini Tərcüməsi: Yoxsa onlar yerdən (insanları dünyada yaradan və axirətdə) dirildən məbudlar (büt və cinlər) götürüblər?!
22 Əl-Ənbiya Surəsi, Ayə 22

لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ﴿22﴾

Mişkini Tərcüməsi: Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
23 Əl-Ənbiya Surəsi, Ayə 23

لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ ﴿23﴾

Mişkini Tərcüməsi: O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.
24 Əl-Ənbiya Surəsi, Ayə 24

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ ﴿24﴾

Mişkini Tərcüməsi: Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər».
25 Əl-Ənbiya Surəsi, Ayə 25

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ ﴿25﴾

Mişkini Tərcüməsi: Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa bir məbud yoxdur, buna görə də (yalnız) Mənə ibadət edin» (deyə) vəhy etməyək.
26 Əl-Ənbiya Surəsi, Ayə 26

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۚ بَلْ عِبَادٌۭ مُّكْرَمُونَ ﴿26﴾

Mişkini Tərcüməsi: (Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir.)
27 Əl-Ənbiya Surəsi, Ayə 27

لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ ﴿27﴾

Mişkini Tərcüməsi: Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.
28 Əl-Ənbiya Surəsi, Ayə 28

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ ﴿28﴾

Mişkini Tərcüməsi: Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar.
29 Əl-Ənbiya Surəsi, Ayə 29

۞ وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَٰهٌۭ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ ﴿29﴾

Mişkini Tərcüməsi: Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.
30 Əl-Ənbiya Surəsi, Ayə 30

أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًۭا فَفَتَقْنَٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴿30﴾

Mişkini Tərcüməsi: Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!
31 Əl-Ənbiya Surəsi, Ayə 31

وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًۭا سُبُلًۭا لَّعَلَّهُمْ يَهْتَدُونَ ﴿31﴾

Mişkini Tərcüməsi: Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dağlar qoyduq və onda (yerdə və ya dağların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar.
32 Əl-Ənbiya Surəsi, Ayə 32

وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًۭا مَّحْفُوظًۭا ۖ وَهُمْ عَنْ ءَايَٰتِهَا مُعْرِضُونَ ﴿32﴾

Mişkini Tərcüməsi: Və göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin) nişanələrindən üz döndərirlər.
33 Əl-Ənbiya Surəsi, Ayə 33

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ﴿33﴾

Mişkini Tərcüməsi: Gecə, gündüz, günəş və ayı (da) yaradan Odur. (Onların) hər biri bir çevrədə üzür. (Gecə ilə gündüzün çevrəsi yerin səthi, günəşin çevrəsi kəhkəşanların dərinlikləri və ayın çevrəsi yerin dövrəsidir.)
34 Əl-Ənbiya Surəsi, Ayə 34

وَمَا جَعَلْنَا لِبَشَرٍۢ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَٰلِدُونَ ﴿34﴾

Mişkini Tərcüməsi: Biz səndən öncə (dünyada) heç bir bəşərə əbədiyyət verməmişik. Belə olan halda əgər sən ölsən bunlar əbədi qalacaqlar?!
35 Əl-Ənbiya Surəsi, Ayə 35

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةًۭ ۖ وَإِلَيْنَا تُرْجَعُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.
36 Əl-Ənbiya Surəsi, Ayə 36

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَٰنِ هُمْ كَٰفِرُونَ ﴿36﴾

Mişkini Tərcüməsi: Kafirlər səni görəndə ancaq məsxərə edir (və deyir)lər: «Sizin tanrılarınızı (tənə ilə) yad edən kəs budur?!» Halbuki onlar Rəhman olan Allahın zikrinə (Onun tovhid və kitabına) kafirdirlər (və bu işdən qorxub çəkinmirlər).
37 Əl-Ənbiya Surəsi, Ayə 37

خُلِقَ ٱلْإِنسَٰنُ مِنْ عَجَلٍۢ ۚ سَأُو۟رِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ ﴿37﴾

Mişkini Tərcüməsi: (Gildən yaradılmış) insan (elə tələskəndir ki, sanki) tələskənlikdən yaradılmışdır (bu səbəbdən Allahın əzabında da tələsir). Tezliklə (əvvəlcə dünyada sonra axirətdə) Öz ayə (və əzab nişanə)lərimizi sizə göstərəcəyəm. Buna görə də Məni tələsdirməyin.
38 Əl-Ənbiya Surəsi, Ayə 38

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿38﴾

Mişkini Tərcüməsi: Və deyirlər: «Əgər doğruçusunuzsa, bu (əzab və Qiyamət) vəd(i) nə vaxtdır?!
39 Əl-Ənbiya Surəsi, Ayə 39

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ ﴿39﴾

Mişkini Tərcüməsi: Əgər küfr etmiş kəslər üzlərindən və arxalarından (Cəhənnəm) odu(nu) dəf edə bilməyəcəkləri və kömək də olunmayacaqları vaxtı bilsəydilər (mütləq tələsməzdilər).
40 Əl-Ənbiya Surəsi, Ayə 40

بَلْ تَأْتِيهِم بَغْتَةًۭ فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ ﴿40﴾

Mişkini Tərcüməsi: Xeyr, (Bərzəx odu ölüm vasitəsi ilə) onlara qəfildən yetişəcək və onları elə mat qoyacaq ki, onu nə dəf edə biləcəklər, nə də onlara möhlət veriləcəkdir.
41 Əl-Ənbiya Surəsi, Ayə 41

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿41﴾

Mişkini Tərcüməsi: Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Onlara (peyğəmbərlərə) istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu.
42 Əl-Ənbiya Surəsi, Ayə 42

قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ ﴿42﴾

Mişkini Tərcüməsi: De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.
43 Əl-Ənbiya Surəsi, Ayə 43

أَمْ لَهُمْ ءَالِهَةٌۭ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ ﴿43﴾

Mişkini Tərcüməsi: Məgər onların Bizdən başqa (Bizim əzablarımızdan) qoruyacaq tanrıları var? (Xeyr, əksinə, həmin tanrılar) nə özləri və birbirlərinə kömək edə bilərlər və nə də Bizim tərəfimizdən onlara bir sığınacaq və kömək verilər.
44 Əl-Ənbiya Surəsi, Ayə 44

بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَٰلِبُونَ ﴿44﴾

Mişkini Tərcüməsi: Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxsləri, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!
45 Əl-Ənbiya Surəsi, Ayə 45

قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ﴿45﴾

Mişkini Tərcüməsi: De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram». Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
46 Əl-Ənbiya Surəsi, Ayə 46

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌۭ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿46﴾

Mişkini Tərcüməsi: Əgər Rəbbinin əzabından onlara azacıq toxunsa, şübhəsiz, «vay olsun bizə, həqiqətən, biz zalım idik» deyəcəklər.
47 Əl-Ənbiya Surəsi, Ayə 47

وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ﴿47﴾

Mişkini Tərcüməsi: Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
48 Əl-Ənbiya Surəsi, Ayə 48

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءًۭ وَذِكْرًۭا لِّلْمُتَّقِينَ ﴿48﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz Musa ilə Haruna haqqı batildən ayırmaq vasitəsi, (qəlblərə və insanların mənəvi yoluna) aydınlıq (gətirən) və təqvalılar üçün öyüd-nəsihət (səma kitabı Tövratı) verdik.
49 Əl-Ənbiya Surəsi, Ayə 49

ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ ﴿49﴾

Mişkini Tərcüməsi: O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya: xəlvətdə olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər.
50 Əl-Ənbiya Surəsi, Ayə 50

وَهَٰذَا ذِكْرٌۭ مُّبَارَكٌ أَنزَلْنَٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ ﴿50﴾

Mişkini Tərcüməsi: Nazil etdiyimiz bu (Quran bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!
51 Əl-Ənbiya Surəsi, Ayə 51

۞ وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ﴿51﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik.
52 Əl-Ənbiya Surəsi, Ayə 52

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَٰكِفُونَ ﴿52﴾

Mişkini Tərcüməsi: O zaman (İbrahim) öz atasına (qaynatasına, yaxud əmisinə, yaxud da ana babası Azərə) və öz qövmünə dedi: «Bu heykəllər nədir ki, siz həmişə təzim və itaətkarlıqla onlara ibadətlə məşğulsunuz?!»
53 Əl-Ənbiya Surəsi, Ayə 53

قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ﴿53﴾

Mişkini Tərcüməsi: Dedilər: «Biz atalarımızı onlara ibadət edən görmüşük (və biz də onlara tabe olaraq həmin heykəllərə ibadət edirik)».
54 Əl-Ənbiya Surəsi, Ayə 54

قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿54﴾

Mişkini Tərcüməsi: Dedi: «Şübhəsiz, siz və atalarınız aşkar azğınlıqda olmusunuz».
55 Əl-Ənbiya Surəsi, Ayə 55

قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ ﴿55﴾

Mişkini Tərcüməsi: Dedilər: «Bizə haqq bir mətləb gətirmisən (bu sözləri ciddi deyirsən) yoxsa zarafat edirsən?!»
56 Əl-Ənbiya Surəsi, Ayə 56

قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ ﴿56﴾

Mişkini Tərcüməsi: Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin və yerin onları yaratmış Rəbbidir (sizin, göylərin və yerin ayrı-ayrı tanrı və rəbbinin olması, Allah-Taalanın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm.
57 Əl-Ənbiya Surəsi, Ayə 57

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ ﴿57﴾

Mişkini Tərcüməsi: (İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam».
58 Əl-Ənbiya Surəsi, Ayə 58

فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًۭا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ ﴿58﴾

Mişkini Tərcüməsi: Beləliklə, (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi.
59 Əl-Ənbiya Surəsi, Ayə 59

قَالُوا۟ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ﴿59﴾

Mişkini Tərcüməsi: Dedilər: «Bizim tanrılarımıza qarşı bunu (bu böyük hörmətsizliyi) kim edib? Şübhəsiz, o, zalımlardandır».
60 Əl-Ənbiya Surəsi, Ayə 60

قَالُوا۟ سَمِعْنَا فَتًۭى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ ﴿60﴾

Mişkini Tərcüməsi: (Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir)».
61 Əl-Ənbiya Surəsi, Ayə 61

قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ ﴿61﴾

Mişkini Tərcüməsi: (Digərləri) dedilər: «Onu camaatın gözü qabağına gətirin, bəlkə (bütlər haqqında pis danışmasına və ya bu cinayəti törətməsinə) şəhadət verdilər».
62 Əl-Ənbiya Surəsi, Ayə 62

قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبْرَٰهِيمُ ﴿62﴾

Mişkini Tərcüməsi: (Onu gətirəndən sonra) dedilər: «Ey İbrahim, bizim tanrılarımız barəsində bunu (bu çirkin və qorxulu işi) sən etmisən?»
63 Əl-Ənbiya Surəsi, Ayə 63

قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ ﴿63﴾

Mişkini Tərcüməsi: Dedi: «(Xeyr,) əksinə, onu (bu hörmətsizliyi) bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun».
64 Əl-Ənbiya Surəsi, Ayə 64

فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّٰلِمُونَ ﴿64﴾

Mişkini Tərcüməsi: Belə olan halda onlar (əvvəlcə bir anlıq) özlərinə gəlib ayıldılar və (batində özlərinə və ya bir-birlərinə) dedilər: «Doğrudan da siz özünüz zalımsınız (ki, cansız şeylərə ibadət edirsiniz)!»
65 Əl-Ənbiya Surəsi, Ayə 65

ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ﴿65﴾

Mişkini Tərcüməsi: Sonra (fikirlərindən) döndülər (və öz əvvəlki əqidələrinə qayıdaraq İbrahimə dedilər:) «Sən bunların heç vaxt danışmadıqlarını yaxşı bilirsən».
66 Əl-Ənbiya Surəsi, Ayə 66

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًۭٔا وَلَا يَضُرُّكُمْ ﴿66﴾

Mişkini Tərcüməsi: Dedi: «Belə isə, bəs siz Allahın yerinə sizə heç bir xeyir-ziyan yetirməyən şeyəmi ibadət edirsiiz?!»
67 Əl-Ənbiya Surəsi, Ayə 67

أُفٍّۢ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ ﴿67﴾

Mişkini Tərcüməsi: Tfu həm sizə, həm də Allahın yerinə ibadət etdiklərinizə! Heç düşünmürsünüz?!
68 Əl-Ənbiya Surəsi, Ayə 68

قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَٰعِلِينَ ﴿68﴾

Mişkini Tərcüməsi: Dedilər: «Əgər (doğrudan da) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!»
69 Əl-Ənbiya Surəsi, Ayə 69

قُلْنَا يَٰنَارُ كُونِى بَرْدًۭا وَسَلَٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿69﴾

Mişkini Tərcüməsi: (Nəhayət onu böyük bir oda atdılar. Lakin Biz odun mahiyyətinə) buyurduq: «Ey od, İbrahimə soyuq və zərərsiz ol!»
70 Əl-Ənbiya Surəsi, Ayə 70

وَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَخْسَرِينَ ﴿70﴾

Mişkini Tərcüməsi: Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).
71 Əl-Ənbiya Surəsi, Ayə 71

وَنَجَّيْنَٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا لِلْعَٰلَمِينَ ﴿71﴾

Mişkini Tərcüməsi: Biz ona və (qardaşı oğlu) Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə (peyğəmbərlərin göndərilmə mərkəzləri və səma dinlərinin yayılma məntəqəsi olan Şam torpaqlarına) doğru hərəkət etsinlər.
72 Əl-Ənbiya Surəsi, Ayə 72

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ نَافِلَةًۭ ۖ وَكُلًّۭا جَعَلْنَا صَٰلِحِينَ ﴿72﴾

Mişkini Tərcüməsi: Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.
73 Əl-Ənbiya Surəsi, Ayə 73

وَجَعَلْنَٰهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ ۖ وَكَانُوا۟ لَنَا عَٰبِدِينَ ﴿73﴾

Mişkini Tərcüməsi: Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
74 Əl-Ənbiya Surəsi, Ayə 74

وَلُوطًا ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا وَنَجَّيْنَٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَٰٓئِثَ ۗ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَٰسِقِينَ ﴿74﴾

Mişkini Tərcüməsi: Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər.
75 Əl-Ənbiya Surəsi, Ayə 75

وَأَدْخَلْنَٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ﴿75﴾

Mişkini Tərcüməsi: Və onu Öz mərhəmətimizə daxil etdik. Çünki o, ləyaqətlilərdən idi.
76 Əl-Ənbiya Surəsi, Ayə 76

وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿76﴾

Mişkini Tərcüməsi: Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq.
77 Əl-Ənbiya Surəsi, Ayə 77

وَنَصَرْنَٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ ﴿77﴾

Mişkini Tərcüməsi: Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.
78 Əl-Ənbiya Surəsi, Ayə 78

وَدَاوُۥدَ وَسُلَيْمَٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَٰهِدِينَ ﴿78﴾

Mişkini Tərcüməsi: Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik.
79 Əl-Ənbiya Surəsi, Ayə 79

فَفَهَّمْنَٰهَا سُلَيْمَٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًۭا وَعِلْمًۭا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَٰعِلِينَ ﴿79﴾

Mişkini Tərcüməsi: Beləliklə, Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.
80 Əl-Ənbiya Surəsi, Ayə 80

وَعَلَّمْنَٰهُ صَنْعَةَ لَبُوسٍۢ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَٰكِرُونَ ﴿80﴾

Mişkini Tərcüməsi: Sizə görə (siz insanlara gərək olduğu üçün) Davuda zireh düzəltmək və döyüş geyimi hazırlamaq peşəsini öyrətdik ki, sizi müharibələrin çətinlik və zərər-ziyanından qorusun. Belə isə şükr edəcəksinizmi?
81 Əl-Ənbiya Surəsi, Ayə 81

وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ عَاصِفَةًۭ تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَىْءٍ عَٰلِمِينَ ﴿81﴾

Mişkini Tərcüməsi: Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkəli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
82 Əl-Ənbiya Surəsi, Ayə 82

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًۭا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَٰفِظِينَ ﴿82﴾

Mişkini Tərcüməsi: Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.
83 Əl-Ənbiya Surəsi, Ayə 83

۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ﴿83﴾

Mişkini Tərcüməsi: Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!
84 Əl-Ənbiya Surəsi, Ayə 84

فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّۢ ۖ وَءَاتَيْنَٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَٰبِدِينَ ﴿84﴾

Mişkini Tərcüməsi: Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.
85 Əl-Ənbiya Surəsi, Ayə 85

وَإِسْمَٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰبِرِينَ ﴿85﴾

Mişkini Tərcüməsi: Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).
86 Əl-Ənbiya Surəsi, Ayə 86

وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ﴿86﴾

Mişkini Tərcüməsi: Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər.
87 Əl-Ənbiya Surəsi, Ayə 87

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبًۭا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبْحَٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ ﴿87﴾

Mişkini Tərcüməsi: Və Zənnunu (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam».
88 Əl-Ənbiya Surəsi, Ayə 88

فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَٰهُ مِنَ ٱلْغَمِّ ۚ وَكَذَٰلِكَ نُۨجِى ٱلْمُؤْمِنِينَ ﴿88﴾

Mişkini Tərcüməsi: Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.
89 Əl-Ənbiya Surəsi, Ayə 89

وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًۭا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ ﴿89﴾

Mişkini Tərcüməsi: Və Zəkəriyyanı (yada sal). O zaman ki, o, «ey Rəbbim, məni tək (övladsız və varissiz) qoyma və (əlbəttə, əgər varis verməsən də eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.
90 Əl-Ənbiya Surəsi, Ayə 90

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًۭا وَرَهَبًۭا ۖ وَكَانُوا۟ لَنَا خَٰشِعِينَ ﴿90﴾

Mişkini Tərcüməsi: Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
91 Əl-Ənbiya Surəsi, Ayə 91

وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَٰهَا وَٱبْنَهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ ﴿91﴾

Mişkini Tərcüməsi: Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
92 Əl-Ənbiya Surəsi, Ayə 92

إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ ﴿92﴾

Mişkini Tərcüməsi: (Ey insanlar!) Şübhəsiz, bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.
93 Əl-Ənbiya Surəsi, Ayə 93

وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ ﴿93﴾

Mişkini Tərcüməsi: Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
94 Əl-Ənbiya Surəsi, Ayə 94

فَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ ﴿94﴾

Mişkini Tərcüməsi: Buna görə də kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir və Biz şübhəsiz, onları yazırıq.
95 Əl-Ənbiya Surəsi, Ayə 95

وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ ﴿95﴾

Mişkini Tərcüməsi: Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar.
96 Əl-Ənbiya Surəsi, Ayə 96

حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍۢ يَنسِلُونَ ﴿96﴾

Mişkini Tərcüməsi: (İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yə'cuc ilə Mə'cuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir.
97 Əl-Ənbiya Surəsi, Ayə 97

وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَٰخِصَةٌ أَبْصَٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍۢ مِّنْ هَٰذَا بَلْ كُنَّا ظَٰلِمِينَ ﴿97﴾

Mişkini Tərcüməsi: Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb)».
98 Əl-Ənbiya Surəsi, Ayə 98

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ ﴿98﴾

Mişkini Tərcüməsi: (Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən, siz və Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar və digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız».
99 Əl-Ənbiya Surəsi, Ayə 99

لَوْ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةًۭ مَّا وَرَدُوهَا ۖ وَكُلٌّۭ فِيهَا خَٰلِدُونَ ﴿99﴾

Mişkini Tərcüməsi: Əgər onlar tanrı olsaydılar Cəhənnəmə girməzdilər. (Onların) hamısı orada əbədi qalacaqlar.
100 Əl-Ənbiya Surəsi, Ayə 100

لَهُمْ فِيهَا زَفِيرٌۭ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ ﴿100﴾

Mişkini Tərcüməsi: Onlar orada möhkəm ah-nalə edərlər və (qoxrudan, əzabın şiddətindən və dünyada haqqı eşitməməyin cəzası olaraq) heç nə eşitməzlər.
101 Əl-Ənbiya Surəsi, Ayə 101

إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ ﴿101﴾

Mişkini Tərcüməsi: Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.
102 Əl-Ənbiya Surəsi, Ayə 102

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَٰلِدُونَ ﴿102﴾

Mişkini Tərcüməsi: Onlar (Sirat körpüsündən keçəndə və daha sonra) onun (Cəhənnəmin) uğultusunu belə eşitməzlər və ürəkləri istəyən şey (Cənnət nemətlərin)in içində əbədi qalacaqlar.
103 Əl-Ənbiya Surəsi, Ayə 103

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ هَٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ ﴿103﴾

Mişkini Tərcüməsi: O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür».
104 Əl-Ənbiya Surəsi, Ayə 104

يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍۢ نُّعِيدُهُۥ ۚ وَعْدًا عَلَيْنَآ ۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ﴿104﴾

Mişkini Tərcüməsi: (Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.
105 Əl-Ənbiya Surəsi, Ayə 105

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّٰلِحُونَ ﴿105﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).
106 Əl-Ənbiya Surəsi, Ayə 106

إِنَّ فِى هَٰذَا لَبَلَٰغًۭا لِّقَوْمٍ عَٰبِدِينَ ﴿106﴾

Mişkini Tərcüməsi: Həqiqətən, bunda (bu surədə və ya kitabın içindəkilərdə) Allaha ibadət edən dəstə üçün son məqsədə (və sağlam din və dünyaya) çatmaq vasitəsi vardır.
107 Əl-Ənbiya Surəsi, Ayə 107

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا رَحْمَةًۭ لِّلْعَٰلَمِينَ ﴿107﴾

Mişkini Tərcüməsi: (Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.
108 Əl-Ənbiya Surəsi, Ayə 108

قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿108﴾

Mişkini Tərcüməsi: De: «Həqiqətən, mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün müqabilində) təslim olacaqsınızmı?»
109 Əl-Ənbiya Surəsi, Ayə 109

فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍۢ ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌۭ مَّا تُوعَدُونَ ﴿109﴾

Mişkini Tərcüməsi: Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan və xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm».
110 Əl-Ənbiya Surəsi, Ayə 110

إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ ﴿110﴾

Mişkini Tərcüməsi: O, aşkar sözü (sizin İslamdan eyb axtarmağınızı, ona tənə vurmağınızı və istehza etməyinizi) də bilir, sizin gizlətdiklərinizi də (İslamla düşmənçilik etməyinizi, onu məhv etmək üçün plan hazırlayıb hiylələr qurmağınızı da).
111 Əl-Ənbiya Surəsi, Ayə 111

وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌۭ لَّكُمْ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ ﴿111﴾

Mişkini Tərcüməsi: Mən bilmirəm, bəlkə də (mənim) bu (xəbərdarlığım və vəd edilən əzabın gecikməsi) sizin üçün bir sınaq və (müəyyən) bir müddətədək bəhrələnmək (üçün bir möhlət)dir.
112 Əl-Ənbiya Surəsi, Ayə 112

قَٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ ۗ وَرَبُّنَا ٱلرَّحْمَٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴿112﴾

Mişkini Tərcüməsi: (Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir».
Əvvəlki: 20. Taha Bütün Surələr ↑ Növbəti: 22. Əl-Həcc