Sağ tərəfə niyə üstünlük verilməlidir?
Sağ tərə: Din təlimlərində bəzi işlərdə sağ tərəfə üstünlük verilməsi tövsiyə edilmişdir. Misal üçün, sağ əllə xörək yemək, sağ ayaqla məscidə daxil olmaq, ayaqyolundan sağ ayaqla çıxmaq və s. bu qəbildəndir. Əziz peyğəmbərimiz (s) buyurmuşdur: “Allah hər şeydə sağ tərəfi daha çox sevir”.“Müstədrək əl-vəsail” с. 1, səh. 330. 2
Rəvayətə görə, İslam peyğəmbəri (s) işlərini sağ tərəflə görməyi xoşlayarmış, Hətta minikdən düşərkən, ayaqqabını çıxararkən, ayaqqabı geyərkən belə sağ tərəfə üstünlük verərmiş.” “Əxlaq ən-nəbi və adabihi” səh. 149. 3
Bundan başqa, sağ tərəfi çirklətmək də yasaq olunmuşdur. Allahın rəsulu (s) buyurur: “Ağzınızın suyunu sağ tərəfinizə atmayın. Sol tərəfdə boş yer yoxdursa, ayağınızın altına atın” “Əl-Came əs-səğir”, с. 1, səh. 66.