Abdullayev Balazadə Rafət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Abdullayev Balazadə Rafət

Ata adı: Rafət

🐣
Doğum — Salyan Xələc kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Ələt qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

1991-ci il Salyanda anadan olan Balazadə Abdullayev məktəbi bitirən zaman universitetə daxil olmasa da, Türkiyədə ali təhsil almaq şansı əldə edib. Amma ona Türkiyədə də təhsil almaq qismət olmayıb.

Ailəsi bildirib ki, şəhidimiz uşaqlıqdan vətənpərvər olub. Döyüşlərə getmək üçün könüllü yazılıb. O, müharibədə olan zaman ailəsi ilə danışarkən ondan narahat olmamalarını istəyib.

Azərbaycan Ordusunun əsgəri olan Balazadə Abdullayev  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Oktyabrın 18-də Tərtərdə hərbçi yoldaşlarına su aparan zaman düşmənin hədəfinə tuş gəlib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Balazadə Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox gözəl xarakterli uşaq olub. Vətənə çox bağlı olub. Gözəl şeir yazmaq qabiliyyəti olub. Xeyriyyə işləri ilə məşğul olmağı çox sevib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayonu, Xalac kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Abdullayev Rafət Balazadə oğlu Ana: Abdullayeva Gülşən Nəzər qızı Bacı: Abdullayeva Fatimə Rafət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər